Bugünlərdə «Şəfa»nın sükanı arxasına keçən Elgiz Kərəmli yeni iş yerində ilk xoşagəlməz situasiya ilə üzləşib.
II Liqa təmsilçisi ilə 6 ay+1 illik müqavilə bağlamış gənc mütəxəssis hələ «bismillah» eləməmiş işinə müdaxilə cəhdiylə üzləşib.
Belə ki, onun istəyi ilə komandadan uzaqlaşdırılmış 7 futbolçudan ikisi - Elgin Abbaslı və Röyal Nəcəfov yenidən düşərgədə peyda olub.
Onları kollektivin içində görünməsi gənc çalışdırıcını əsəbiləşdirib. Xidmətində maraqlı olmadığı oyunçuların məşqə çıxmasına etiraz edən Kərəmli bu barədə rəhbərliyə öz sözünü deyib.
Prezident Sərdar Salmanzadə isə Röyalla Elgünün komandaya faydasının dəyəcəyini deyərək, yola birlikdə davam etmələrini istəyib.
Ötən mövsüm «Difai»də işləmiş Kərəmli buna qarşı çıxıb. O, üstündən xətt çəkdiyi futbolçuların geri qaytarılacağı halda, vəzifəsini tərk edəcəyini bildirib.
Paytaxt təmsilçiisi 13 tur ərzində 34 xal toplayıb. Onlar hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider «Şahdağ»dan geri qalırlar.
SPORTİNFO.AZ