“Az büdcə ilə çempionatda çıxışımızı davam etdirməyi planlaşdırmışıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Füzuli”nin icraçı direktoru Vasif İsmayılov deyib.
Qarabağ bölgəsinə aid komandanın funksioneri xeyli müddətdir maliyyə çətinliyi ilə üzləşdiklərini, bunun ümumi çıxışa mənfi təsir göstərdiyini xatırladıb:
«Belə problemin ortaya çıxması mövsümü başa vurmamaq təhlükəsi yaradırmı? Xeyr. Bu, heç bir halda mümkün deyil.
Düzdür, heç bir iddiamız yoxdur. Ötən mövsümkü kimi hədəflərimiz çempionluq deyil.
Bu mövsüm məqsədimiz çempionatda yerimizi qorumaqdır. Ümid edirəm ki, komanda qarşısına qoyulan məqsədə çatacaq».
II Liqada 13 tur arxada qalıb. Aktivində cəmi 1 qələbə olan «Füzuli» 1 heç-heçə də edib və qalan oyunların hamısını uduzub.
Dörd xala malik kollektiv turnir cədvəlinin sonuncu - 12-ci pilləsindədir.