Mövsümün ikinci yarısı üçün iddialı komanda qurmağı hədəfləyən "Şəfa" transfer çalışmalarını davam etdirir.
İkinci Liqa təmsilçisinin növbəti hədəfi milli komandamızın sabiq üzvü Tərlan Quliyevdir.
Mövsümün birinci yarısını "İmişli"də keçirən mərkəz müdafiəçisi də paytaxtdan gələn cəlbedici təklifə isti yanaşıb.
Yaxın günlərdə tərəflər məsələyə nöqtə qoyacaq. O, 3000 manat əməkhaqqı alacaq.
"Neftçi"nin yetirməsi karyerası ərzində "Qarabağ", "Kəpəz", "Standart", "Turan Tovuz" və "İnter" (indiki "Şamaxı") klublarında çıxış edib.
O, Azərbaycan millisində keçirdiyi 7 matçda 2 qolla yadda qalıb.
XANOĞLAN/ SPORTİNFO.AZ