II Liqada yer alan «Hypers» rəhbərliyi yeni qərar çıxarıb.
Klub bu ilin yayında Bakıdan tamamilə Qubaya köçəcək.
Cari mövsümdən şimal rayonunu təmsil etməyə başlayan «Hypers» orada məskunlaşacaq və bir sıra yeni layihələrin icrasına start verəcək.
Komanda üçün otelin tikilməsi, akademiyanın yaradılması və abunə kartlarının hazırlanması bu planlara daxildir.
II Liqada ilk mövsümünü keçirən «Hypers» 13 tur ərzində 25 xal toplayıb. Kollektiv bu göstərici ilə turnir cədvəlinin 4-cü pilləsində «məskən salıb».
SPORTİNFO.AZ