“Bu mərhələni hansı klub uğurla keçsə, gələcəyi də daha yaxşı olacaq”.
“Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğlu II Liqa ilə bağlı belə deyib.
Tanınmış telejurnalist ikinci ildir keçirilən çempionatın mövcud durumunu dəyərləndirib:
“AFFA burada çıxış ədən komandalara aylıq 5000 manat ayırır. Bu, onlara yalnız “yol pulu” üçün verilir.
Maliyyə hesabatını da vaxtında göndərməyəndə, həmin məbləği vaxtında ala bilmirlər. Hansı ki, Premyer Liqa klublarında belə, bu cür gecikməlır olur.
Nəticədə AFFA-dan alınalı olduqları vəsait yubanır və klublar üçün ağır vəziyyət yaranır.
İkinci Liqa yarımpeşəkar olsa da, onlardan sənəd və mühasubat işlərinə peşəkar yanaşma tələb olunur. Ona görə də klublar bu islərə diqqət etsələr, yaxşıdır.
İkinci Liqanın bütün oyunları “yutub” üzərindın canlı yayımlanır ki, buna görə Peşəkar Futbol Liqasını alqışlamağa dəyər. P
FL güclə bərpa etdiyi bu liqanı saxlamaq üçün az qala dəridən-qabıqdan çıxır ki, klublar çempionatı yarımçıq başa vurmasın, sonadək oynasın.
Komandalar topla təmin olunur. Ayın qolu nominisayasında ən gözəl qolu vuran futbolçu və onun kubuu 500 manatla mükafatlandırılır.
Bu da onlar ücün yaxşı stimuldur. Ümumilikdə, İkinci Liqa sıfırdan başlayıb böyüməyə çalışan klublar üçün hazırlıq mərhələsidir”.