Bura futbolçu karyerasında odu söndürüb közü ilə oynayan Ruslan Poladovun, Rahid Əmirquliyevin, Cavid İmamverdiyevin, 46 yaşlı veteranla 15 yaşlı məktəblinin birgə oynadığı, “sponsor” deyib haray cəkən “Füzuli” və “Lerik”in, 3 şimal klubunun meydan suladığı, meydanın isə bostandan cüzi fərqləndiyi liqadır - II Liqa!
PFL-in bayrağı altında keçirilən yarışlardan ilk olaraq İkinci Liqada qış tətili başladığından, biz də əvvəlcə burada birinci dövrənin yekununa nəzərə salaq.
II Liqada sanki şimal küləyi əsir.
Bakıdan Dərbəndədək olan regionu təmsil edən 4 klubdan 3-ü ilk dövrədən sonra ilk “dörlük”də yer alıb.
Yenidən böyük futbol səhnəsinə qayıdan “Şahdağ Qusar”ın rəqibləri ilə nisbətdə səviyyəsi turnir cədvəlində əksini tapıb - 13 oyun, 13 qələbə.
“Şahdağ” maliyyə cəhtədən liqada ən yaxşı təmin olunmuş iştirakçılardandır. Gözünü bəzi klublar kimi AFFA-nın ayırdığı 50 min manatlıq yardıma dikməyib.
Baş məşqçi Elnur Abdullayev indiyədək uşaq futbolunda çalışsa da, peşəkar komandada siftəsi uğurlu alınmaqdadır. Elnur Abdullayev vaxtilə “Xəzər Lıənkəran”da Rahid Əmirquliyelə birgə oynayıb..
”Şahdağ” rəhbərliyinə “Elnuru baş məşqçi postuna gətirək” təklifini də məhz Əmirquliyev verib. Abdullayev də hələlik işi ilə dostunun üzünü ağ edir.
Əlbəttə, burada Rahidin öz rolu da böyükdür. Azərbaycan yüksək liqasında ümumilikdə 451 oyun keçirməklə rekorda imza atan 36 yaşlı yarımmüdafiəçi karyerasını doğma Qusarda bitirməyə qərar verib.
Komandanın kapitanı, ağsaqqalı kimi bütün heyət tərəfindən sözsüz qəbul edilir. Bu da Elnur Abdullayev üçün yaxşıca dəstəkdir.
Rahiddən başqa, “Şahdağ”da Nodar Məmmədov, Tural Qurbatov, İlyas Səfərzadə, Ədilxan Qaraəhmədov kimi Premyer Liqada oynamış futbolçular da çıxış edir.
Maliyə qaydasındadırsa, heyət II Liqa üçün samballıdırsa, 13 oyunun hamsında qələbə qanunauyğundur.
Qusar klubu hətta ən yaxın izləyicisi “Şəfa”nı 7:1 hesabıyla ağır məğlubiyyətə uğradıbsa, çətin ki. mövsümün qalan bölümündə onları zirvədən endirən tapıla.
“Şahdağ”ın əsas çatışmazlığı stadiondur. Şövkət Orduxanov adına Qusar şəhər stadionunda bir müddət sürətli yenidənqurma işləri getdi.
Son dövrlərdə isə iş hanısısa səbəbdən dayanıb. Komandanın sponsoru olan “Azinko” hər halda soyub, soyub quyruğunda dayanmaz.
“Şahdağ”ı yenidən dirçəldən şirkət yəqin stadion məsələsinə də tezliklə nöqtə qoyar və Qusar futbolçularının, azarkeşlərinin Şamaxıya gedib-gəlməkdən canını qurtarar.
“Şahdağ”ın cədvəldə ən yaxın izləyicisi ondan 5 xal geri qalan “Şəfa”dır.
Ötən mövsüm “pley-off”da “Haypers Quba”ya uduzaraq, Region Liqasına yuvarlanmalı olsalar da. I Liqada yarışan “İrəvan”ın lisenziyasının ləğv edilmısi “Şəfa”ya şəfa verdi.
Yeni mövsüm öncəsi “My Qrup”un himayəsinə keçən klub qısa müddətdə güclənməyə başladı. Heyət seçimi Nadir və Mahir Əliyevlərə tapşırıldı.
Vaqif Şirinbəyov, Novruz Məmmədov, Röyal Nəcəfov, Elvin Nəsibov, Qərib İbrahimov, Comıərd Baxşəliyev, Tural Nərimanov kimi yüksık liqa təcrübəsi olan futbolçular “Şəfa”nı xeyli gücləndirdi.
Hətta “Şahdağ”ın çempionluğuna mane ola bilməsələr belə. ən pis halda ikinci yeri tutub, I Liqada 9-cu olan komandayla pley-off mübarizəsinə çıxa bilərlər.
Xaçmaz sonuncu dəfə Azərbaycan çempionatında 30 il əvvəl - “Şərabçı” ilə təmsil olunub. Rayonun təmsilçisi “Şimal” Region Lqasının son çempionu kimi II Liqaya yüksəlib.
Onlar liqanı təşkilati baxımdan nümunəvi klublarından biridir. Komandanın nə baş mıəşqçisi, nə də oyunçuları ölkə səviyyəsində o qədər tanınıb.
Yalnız vaxtilə “Xəzər Lənkəran”da oynamış Tural Cəlilov istisnadır. Buna baxmayaraq, “Şimal” oyunu ilə rəğbət qazanıb.
Mübariz və döyüşkən “Şimal” lider “Şahdağ”dan sonra “Şəfa” ilə birlikdə ən az qol buraxan komandadır.
Yerli stadion tələblərə cavab vermədiyindən, “Şimal” rəqiblərini Xaçmazdan 55 km kənarda - Siyəzəndə - vaxtilə “Çıraqqala”nın ev oyunlarını keçirdiyi məkanda qəbul edir.
Xaçmazın stadion məsələsi həll olunsa, bu rayonun futbol fanatlarının möhtəşəm dəstəyi “Şimal”ın gücünə güc qatacaq. Xaçmazın qonşusu Qubanın təmsilçisi “Haypers” ilk “dördlüy”ü qapayır.
Bu komandanın yaranması ilə Qubanın 25 illik böyük futbol həsrəti bitdi. Təbii ot örtüklü Quba Olimpiya Kompleksinin stadionu II Liqa üçün ən yaxşı sayılır.
Klubun prezidenti Ayaz Abdullayev müasir düşüncəli, kreativ rəhbər kimi xarakterizə olunur.
İnfrastruktur baxımdan “Haypers”ə nəinki II, hətta I Liqanın əksər klubları hıəsəd apara bilər. Burada kapitan və lider Cavid İmamverdiyevdir.
34 yaşı olmasına baxmayaraq, Cavid 13 oyuna 14 qolla liqanın bombardirlərindəndir.
“Haypers”in yaradılmasında “Qarabağ”ın keçmiş hücumcusu Vüqar Nadirovun da danılmaz rolu olub. “Haypers” ötən mövsüm mıhz Nadirovun başçılığı altında “Şəfa” ilə pley-off matçlarında qələbə qazanaraq, Region Liqasından II Liqaya yüksıldi.
Amma 2 ay əvvəl nə baş verdisə, Vüqar Nadirov qəfildən “Haypers”dən ayrıldı. Ondan sonta baş məşqçi postuna təyin olunan Zaur Hidayətov isə Qubada cəmi bir neçə gün qaldı.
Hazırda komandanı 4 ay ərzində üçüncü məşqçi - Kamran İsmayılov çalışdırır. Bu 4 klub liqada həm maliyyə, həm təşkilati baxımdan digərlərindən fərqlənir. Bu da onların nəticəsində, turnir cədvəlində əksini apır.
Qalan 10 komandaya gəlincə, coğrafi qonşular - İmişli “Kür-Araz”ı, Saatlı “Araz”ı turnir cədvəlində də qonşudur.
İmişli stadionu I Liqada oynayan “İmişli”nin ixtiyarında olduğundan, “Kür-Araz” ev oyunlarını Saatlıda keçirir. Saatlının öz komandası isə bir ara rayondan didərgin düşmüşdü.
Səbəb Saatlı Olimpiya Kompleksinin rəhbərliyi ilə “Araz-Saatlı” idarəçiləri arasındakı soyuq münasibətdir. Artıq problem yoluna qoyulub və “Araz” öz doğma evinə dönüb.
“Kür-Araz”ın oyunlarında futbolumuzun veteranlarından olan Ramazan Abbasovu görə bilərsiz.
Çempionlar Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu olan “Şəmkir”in varisi ötən mövsümlə müqayisədə dirçəlib. “Hypers”dən ayrılan Vüqar Nadirov baş məşqçi postuna gətirilib.
Amma büdcə və heyət çempionluq, yüksək yerlər üçün oynamağa imkan vermir.
Stadiondan danışmağa isə dəyməz. Ot örtüyü olmadığından, bura demək olar bostandan fərqlənmir.
“Şəmkir”in heyətində II Liqanın ən qoca oyuncusiu - 46 yaşlı Elşad Mirzəyev də var. Hələ heç bir oyunda oynamasa da. adı protokola yazılır.
Liqanın 18 qolla ən məhsuldar oyunçusu olan Vidadi Cəfərov da “Şəmkir”də çıxış edir. “Göygöl”. “Ağdaş” və “Şəki Siti” iddialı olmasalar da, liqaya rəng qatırlar.
Bu komandaların ev oyunları təmsil etdikləri rayonda böyük maraqla qarşılanır. Çünki heyətdəkilərin çoxu yerli oyunçulardır.
“Şəki Siti”də məktəbli uşaqlar - 15 yaşlı İlkin Məmmədov, İlkin Ağaniyev və Elgün Hacıbabayev, “Göygöl”də Səid Həsənov də oynayır.
“Şəki Siti”nin prezidenti Elgün Hüseynov əsl futbol fədaisidir. Klubun yaşaması üçün bacardığından artığını edir.
Bir neçə ay əvvəl ölkəmizə gələn məşhur futbol ulduzu Məsut Özilin Şəki stadionuna qısa turu, azarkeşlərlə görüşü də Elgün Hüseynovun sayəsində baş tutmuşdu.
Kaş ki, belə futbol fədailərimiz, klub prezidentlərimiz çox olsun!
Təəssüf ki, belə insanlardan birini - Ağdaş futbolunun fədaisi Rəhman Əliyevi yayda itirdik. Kanalda boğularaq dünyasını dəyişən Rəhman Əliyevin yeri Ağdaş futbolunda hər zaman görünəcək.
Ümid edək ki. ağdaşlılar həm də Rəhman Əliyevin ruhunu şad etmək üçün “Ağdaş”ı hər zaman yaşadacaq.
II Liqanın ən təcrübəli klub idarəçisi isə Yaşar Seyidovdur. Vaxtilə “Dinamo-Bakılı” və “Bakı” kimi klublara rəhbərlik etmiş Seyidov indi gənclərdən qurulan “Dinamo”su ilə ölkə çempionatında mübarizə aparır.
Onun hərbi xidmət yaşına çatmış futolçuların “Dinamo”ya cəlb olunması ilə bağlı təkliflər paketi olsa da, hələlik nə AFFA, nə də DİN bu məsələyə isti yanaşır.
“Qusar” FK 2 il əvvəl Region Liqasında çempion olduqdan sonra klubun prezidenti Kamil Mımmədov “Neftçi”yə getdi. Bununla da “Qusar”ın çətin günləri başladı.
Komandanın əsası minifutbol çempionatında çıxış edən “Birbaşa Bakı”nın üzvlərindən formalaşdırılıb. Onların da minifutbol liqasında oyunu olduğu və pulu da oradan qazandıqları üçün Qusar derbsində “Şahdağ”la oyuna gələ bilmədilər.
Nəticədə “Qusar” AFFA-dan texniki məğlubiyyət aldı. “Qusar” qarşılaşmanın başqa vaxta keçirlməsiylə bağlı PFI müraciət etsə də, qurum turun qrafikini açıqladıqdan 3 gün sonra müraciəti gecikmiş saydı.
Yarışlar hansısa istək və müraciətlər əsasında deyil. əsasnaməyə istinadən keçirilir. Və sənədə görə açıqlanmış təqvim oyununun təxirə salınmasıyla əlaqəli müraciətə heç bir halda baxılmır, bundna sonra da baxılmayacaq.
Yəni, “Qusar” bu müraciəti daha tez, oyun günləri açıqlanmazdan əvvəl etməli idi. Görünür. “Qusar”lılar peşəkarlıq baxımından hələ çox axsayır.
II Liqanın ən çətin durumda olan klubları “Lerik” və “Füzuli”dir. “Lerik” hətta imkansızlıq üzündən “Şəfa” ilə Bakıdakı oyuna gəlmədiyi üçün texniki məğlubiyyət də alıb.
İkinci belə hal təkrarlanarsa, əsasnaməyə görə, kkub liqadan kənarlaşdırılacaq.
“Füzuli” məşq etmir, oyundan-oyuna yığışır. Onlara AFFA-nın ayırdığı 50 min manatlıq yardımdan savayı, heç bir kənar dəstək yoxdur.
İlkin Fikrətoğlu