COP29

"İndi baş məşqçi kimi işləyirəmsə, burada "Difai"nin əməyi var"

30 Dekabr 2024 09:00 II Divizion 515
"İndi baş məşqçi kimi işləyirəmsə, burada "Difai"nin əməyi var"

"Bəli, artıq "Şəfa" ilə müqavilə imzalamışam. İşə də başlamışıq.

Təbii ki, bu işə özümə güvənərək gəlmişəm. "Şəfa"nın rəhbərliyi qarşıya məqsəd qoyub.

Onlar qarşıdakı sezon Birinci Liqada oynamaq istəyir. Bunun üçün də mübarizə aparacağıq.

Bu işdə mənə güvənən klub rəhbərliyinə də təşəkkür edirəm. Çalışacağıq ki, qarşıya qoyulan hədəfə çataq.

Asan iş yoxdur. Amma bu yöndə çalışmalarımız davam edəcək. İstəyirik ki, rəhbərliyin qarşıya qoyulan birinci liqaya vəsiqə qazanmaq hədəfinə çataq".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında "Şəfa"ya yeni baş məşqçi təyin olunan Elgiz Kərəmli deyib.

Bu klubla 6 ay+1 illik müqavilə imzalayan gənc mütəxəssis komandasının əsas hədəfinin yuxarı liqaya yüksəlmək olduğunu bildirib.

O, İkinci Liqa klubundakı hədəflərindən danışdıqdan sonra, sabiq komandası "Difai"dəki fəaliyyətini də xatırlayıb:

"İndi baş məşqçi kimi işləyirəmsə, burada "Difai"nin də əməyi var. Çünki məhz ilk dəfə bu klub mənə baş məşqçi kimi etibar etdi, güvəndi.

"Difai"yə bu mənada təşəkkür edirəm, onlara uğurlar arzulayıram. Onlar mənə baş məşqçi kimi güvəndilər, ilk təcrübəm də orada başladı.

Hər halda indi "Şəfa"dayam. Buradakı işimə fokuslanmışam və qarşımıza qoyulmuş hədəflərə çatmaq istəyirəm. Ümidvaram ki, hər şey yaxşı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti