Bu gün “Şəfa”da təqdimat mərasimi baş tutub.
Sportinfo.az xəbər verir ki, II Liqa təmsilçisi əsas və qızlar komandalarının baş məşqçiləri ilə münasibətləri rəsmiləşdirib.
Beləliklə, Elgiz Kərəmli bundan sonra “Şəfa”nı çalışdıracaq. Onunla 6 ay+1 il şərti ilə sözləşmə imzalanıb.
Aliyə Vəliyeva isə “Şəfa”nın qızlardan ibarət komandasına rəhbərlik edəcəyi dəqiqləşib. Veteran futbolçu kollektivə təqdim olunub.
Paytaxt təmsilçiisi 13 tur ərzində 34 xal toplayıb. Onlar hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider «Şahdağ»dan geri qalırlar.
HƏBİB