II Liqada yer alan «Şəfa»nın rəhbərliyi maraqlı qərar qəbul edib.
Paytaxt təmsilçisi bir neçə gün öncə baş məşqçi postundan uzaqlaşdırdığı Nadir Əliyevi geri qaytarıb.
Ona klubda başqa iş tapşırılıb. Bu ilin yayından bəri «Şəfa»da fəaliyyət göstərən mütəxəssis bundan sonra akademiyanın direktoru vəzifəsini yerinə yetirəcək.
“Şəfa” 2025-ci ilə yeni baş məşqçi ilə start verəcək.
Elgiz Kərəmli sükan arxasına gətirilib. Ona Zamir Hüseynov və Şahin Hüseynov köməkçi təyin olunub.
Yönətim cari mövsümün geridə qalan hissəsində qeydə alınan nəticələri qənaətbəxş saymadığından, N.Əliyevlə yolları ayırmağı məqsədəuyğun sayıb.
Paytaxt təmsilçiisi 13 tur ərzində 34 xal toplayıb. Onlar hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider «Şahdağ»dan geri qalırlar.
SPORTİNFO.AZ