«Şəki Siti»nin yetirməsi İlkin Məmmədov II Liqada diqqət mərkəzinə düşüb.
Şəki futbolunun 15 yaşlı yetirməsinin 13-cü turda «Saatlı-Araz»a qarşı keçirdikləri səfər matçında (1:5) topla sərgilədiyi ağıllı rəftarla sosial şəbəkələrdə geniş yayılıb və maraqla qarşılanıb.
Belə ki, ikinci hissədə meydana çıxan 2009-cu il təvəllüdlü yarımmüdafiəçi bir bədən hərəkəti ilə rəqib oyunçunun təzyiqindən qurtulub, onu geridə buraxıb və sərbəst zonaya çıxıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN