«Şəfa» 2025-ci ilə «ASK Arena»da başlamayacaq.
II Liqada çıxış edən klubun rəhbərliyi «ev»i dəyişmək qərarına gəlib.
Paytaxt təmsilçisi şəhərin mərkəzində yerləşən stadiondan çıxmağı qətiləşdirib. Bununla bağlı Azərbaycan Sənaye Koorperasiyası (ASK) ilə aparılan danışıqlar yekunlaşıb, icarə müqaviləsinə xitam verilib.
ASK Arena” Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Tutumu 8125 nəfərdir.
Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına tikilib.
2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlib.
2001-ci ildən istifadəyə verilən qurğu ilk olaraq "Şəfa" adlandırılıb. Bura öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulub.
2014-cü ildə stadion "İnter"ə 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
Stadionun adı dəyişdirilərək, "İnter" (hazırkı "Şamaxı"nın adına uyğun olaraq "İnter Arena" adı verilib.[ 2018-ci ilin 20 iyulunda Azərbaycan Sənaye Korporasiyasının balansına keçib.
«Şəfa» çempionatın 13 turunu ikinci pillədə başa vurub. 30 xala malik «Şahdağ Qusar»dan 5 xal geri qalırlar.
Yönətim bu nəticədən qətiyyən məmnun qalmayıb.
Ona görə də Nadir Əliyev komandanın sükanı arxasından uzaqlaşdırılıb. Bu yerə Elgiz Kərəmli gətirilib.
SPORTİNFO.AZ