Iı Liqanın 13-cü turunda keçirilən “Şəmkir” – “Lerik” matçında (4:1) baxımlı qol qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, ev sahiblərinin mingəçevirli hücumçusu Vidadi Cəfərov matçın 57-ci dəqiqəsində raketsayağı zərbə ilə topu rəqib qapısından keçirib.
100 kiloluq forvard bununla komandasının üçüncü qolunu vurub.
Gənclər yığmasının sabiq oyunçusu beləcə, çempionatda ümumi qol sayını 18-ə çatdırıb və bombaridirlər yarışına başçılıq edir.
Həmin qolun videosunu təqdim edirik: