II Liqada 12-ci tur mövsümün ilk «böyük oyun»una səhnə oldu.
Çempionatın geridə qalan 11 həftəsində xal itirməyən «Şahdağ» ən yaxın izləyicisi «Şəfa»nı qəbul etdi.
Şamaxı Olimpiya Kompleksində keçirilən oyun Qusar təmsilçisinin böyükhesablı qələbəsiylə bitdi.
Düzü, qarşılaşmanın əvvəli 7:1-dən xəbər vermirdi. Əksinə. İlk dəqiqələr elə keçdi ki, izləyənlər «Şəfa»nın qalib gələcəyinə inanmağa başlamışdı.
Elvin Nəsibovla Elməddin Hüseynzadənin fərqlənmək üçün əla imkanları var idi. Videonu izləsəz, «Şahdağ»ın müdafiə xətiinin şansının necə gətirdiyinə əmin olacaqsız.
Qonaqlar ərazi üstünlüyünə yiyələnsə və tez-tez hücuma çıxsa da, qollar «Şahdağ»dan gəldi. Emin Quliyev 21-ci dəqiqədə darmadağının əsasını qoydu.
32-ci dəqiqədə Tural Qürbətov əla zərbəylə hesabı 2:0 etdi. Fasiləyədək daha bir qol vuran Elnur Abdullayevin komandası
ikinci hissədə psixoloji ruh yüksəkliyinin yaratdığı inamla «Şəfa»nı diz çökdürdü. Xüsusən Ədilxan Qaraəhmədovun gözəl vuruşu ilə aydın oldu ki, «Şahdağ» oyunun tam hakimidir.
Düzdür, qonaqlar az sonra Elvin Nəsibovla toru silkələndi, ancaq özləri də başa düşürdü ki, qatar artıq gedib…
«Dərd gələndə, batmanla gələr» deyilir. Elə deyildiyi kimi də oldu. «Şəfa» aparıcı futbolçularından birini itirdi.
Söhbət Gülalı Mehrəliyevdən gedir. Belə ki, «Şəfa»nın müdafiəçisi 70-ci medandan xərəkdə çıxarıldı.
O, Qusar komandasının hücumçusu Famil Camalovla toqquşma zamanı üz nahiəsindən ağır xəsarət alıb. Beyin silkələnməsi keçirən cinah oyunçunun sağ almacıq sümüyü 3 yerdən sınıb.
Təcili Yardım Maşını ilə Bakıya aparılan Gülalı buradakı xəstəxanaların birində əməliyyat olunub. Cərrahi müdaxilə uğurlu alınıb, sifətinə 2 implant qoyulub.
«Difai»nin sabiq üzvü minimum 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qayıdaq oyunun son 20 dəqiqəsinə. Gülalı meydanı tərk etmək məcburiyyətində qalandan sonra «Şəfa» müdafiə fazasında biabırçı səhvlərə yol verdi.
Yəqin ki, klub rəhbərliyi meydanda olanları analiz edəcək və qiymət verəcək. Biz Nadir Əliyevin adını qəsdən birinci çəkmirik.
Çünki baş məşqçinin taleyi artıq tükdən asılı vəziyyətə gəlib. İstənilən hesabla növbəti məğlubiyyət onu işindən edəcək.
SPORTİNFO.AZ
“Şahdağ Qusar” – “Şəfa” 7:1
Qollar: Emin Quliyev, 21; Tural Qurbatov, 32; Ədilxan Qarəhmədov, 41, 54; Famil Camalov, 74; Ruslan Hacıyev, 79; Rahid Əmirquliyev, 90+2 (p.) // Elvin Nəsibov, 59
Şamaxı OİK stadionu. 400 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Sənan Bayramzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Cavid Quliyev, 26 (qeyri-idman hərəkəti); Famil Camalov, 71 (qeyriidman hərəkəti // Elməddin Hüseynzadə, 26 (qeyri-idman hərəkəti); Comərd Baxşəliyev, 90+1 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.
“Şahdağ Qusar”: 12. Rafiq Kərimov 15. Nodar Məmmədov 14. Rahid Əmirquliyev (k) 11. Tural Qurbatov (21. Ruslan Ağalarov, 81) 19. İlyas Səfərzadə 17. Emin Quliyev (88. Mehdi Rəsulov, 63) 70. Ruslan Hacıyev (55. Firuz Əhmədov, 81) 9. Famil Camalov (7. Salman Atluxanov, 84) 4. Rubin Seyidov 71. Cavid Quliyev 77. Ədilxan Qarəhmədov (6. Vüsal Hüseynov, 63)
Ehtiyat oyunçular: 1. Babək Allahverdiyev 99. Elmar Əzizov 8. Fərman Qənbərov 44. Afin Bağırov 10. Mehman Məsimov 30. İlkin Mikayılov 38. Said Əliyev
Baş məşqçi: Elnur Abdullayev
“Şəfa”: 13. Əli Həsənli 25. Qərib İbrahimov (k) 22. Tural Nərimanov (10. Rauf Məhərrəmov, 46) 21. Novruz Məmmədov 70. Elgün Abbaslı (6. Ceyhun Cavadov, 46) 88. Aqşin Paşayev (23. Comərd Baxşəliyev, 84) 17. Hüseyn Əliyev 32. Elməddin Hüseynzadə (28. Ülvi Quliyev, 89) 34. Elmin Əskərli 7. Elvin Nəsibov 27. Gülalı Mehrəliyev (11. Nurlan Şabanov, 70)
Ehtiyat oyunçular: 1. Vaqif Şirinbəyov 12. Rafiq Həsənov 9. Röyal Nəcəfov 8. Elçin Rəhimli 97. Cavad Bağırov 18. Rəsul Əliyev 2. Ratmir Kavtunov
Baş məşqçi: Nadir Əliyev
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN