COP29

“Bu gün klub üçün əlavə 10 min manat tapa bilmirəm”

25 Noyabr 23:40 II Divizion 218
“Bu gün klub üçün əlavə 10 min manat tapa bilmirəm”

“Klubu saxlamaq üçün 50 min manat çox azdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Füzuli”nin icraçı direktoru Vasif İsmayılov deyib.

II Liqada çıxış edən əyalət klubu bir neçı aydır mailiyyə böhranı yaşayır. Bu gün bənzər problemlər çempionatın digər iştirakçılarında da yaşanır.

Bəlkə hər şey AFFA-nın ayırdığı 50 min manatın az olmasına bağlıdır? Funksioneri dinləyək:

“AFFA həmin pulu ayırmasa, durum tamam başqa məcraya yan alacaq. Bu pulla yalnız çempionatda iştirak etmək olar.

Amma buna görə də AFFA-ya təşəkkür düşür. Bu gün "Füzuli" üçün əlavə 10 min manat tapa bilmirəm.

Belədə verilən məbləğin dəyəri qalxmış olur. Kaş bizim daha 50 min manat pulumuz olardı. Biz rahat ilk "beşlik" üçün mübarizə aparardıq”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 11:00 Uğurlarınız BOL OLACAQ!
25 Noyabr 09:40 AFFA ona vəzifə verdi