18 yaşadək futbolçulardan ibarət yığmanın çalışdırıcısı Füzuli Məmmədov paralel olaraq klub təsərrüfatında çalışmağa başlayıb.
2019-2020-ci il aralığında 10 ay «Neftçi»nin sükanı arxasında dayanmış mütəxəssis «Difai»dən gələn təklifi qəbul edib.
O, klub prezidenti Asəf Məlikova müşavir təyin olunub. Məmmədov I Liqa təmsilçisində ictimai əsaslarla fəaliyyət göstərəcək, əməkhaqqı almayacaq.
Ondan öncə Füzuli Məmmədovun qardaşı Xaqani Məmmədov «fədailər»lə anlaşıb.
Son olaraq «Araz-Naxçıvan»da Elmar Baxşıyevin köməkçisi işləmiş mütəxəssislə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.
SPORTİNFO.AZ