COP29

Hakimi təhqir edən baş məşqçiyə hansı cəzanı verdilər?

01:00 II Divizion 94
Hakimi təhqir edən baş məşqçiyə hansı cəzanı verdilər?

AFFA “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynovu sərt cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında mütəxəssislə bağlı qərar qəbul edilib.

R.Hüseynov 2-ci Liqanın 9-cu turunda “Füzuli” ilə oyunun 43-cü dəqiqəsində hakimi təhqir edib. O, birbaşa qırmızı vərəqə alıb.

İntizam Komitəsi isə baş məşqçini bu hərəkətinə görə 5 oyunluq cəzalandırıb. “Ağdaş” isə 400 manat cərimə edilib.

Sözügedən görüşdə "Ağdaş" 2:1 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 11:20 Eldən qalma geri…
7 Noyabr 08:50 "Çox dərs aldıq"