COP29

Azərbaycanda klub bu gün fəaliyyətini dayandıracaq?

5 Noyabr 10:40 II Divizion 1 590
Azərbaycanda klub bu gün fəaliyyətini dayandıracaq?

“AFFA və Peşəkar Futbol Liqası vəziyyətimizdən xəbərdardır.

Futbolun İnkişaf Fondu da problemi bilir, sadəcə, heç bir qurumdan kömək yoxdur“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Lerik“in İdarə Heyətinin sədri Famil Məmmədov deyib.

Bu gün II Liqada 9-cu tura start veriləcək. cənub təmsilçisi saat 13:30-da “Dinamo“nun qonağı olmalıdır. Region komandası Bakıya gəlməsə, çempionatdan uzaqlaşdırılacaq.

Çünki leriklilər 7-cit turda “Şəfa“ ilə səfər oyununa yollanmayıb. Bu dəfə eyni hal təkrarlanmayacaq ki?

F.Məmmədovu dinləyək:

“Sonuncu turda “Qusar“la Lənkəranda qarşılaşdıq. Yenə məşq etmədən meydana çıxdıq.

Düzdür, 0:2 hesabıyla uduzduq, amma nəticə bu dəqiqə önəmli deyil. Əsas futbolçuları bir araya toplamaq idi.

Çünki onlar xeyli müddətdir pul almırlar. Hər birinə cüzi məbləğ ödədik, sağolsunlar, hamısı bizə anlayış göstərdi.

Son vaxtlar gedən futbolçularımız var. Başqa yerlərdən, hətta Region Liqasından kim təklif alıbsa, çıxıb gedib.

Biz ayrılanların hər birinin qərarına hörmətlə yanaşırıq. Futbolda maliyyə vacib məsələdir.

Klubu yaşatmaq üçün çox yerə müraciət etmişik. AFFA və Futbolun İnkişaf Fondu bizə köməklik təklif eləməyib.

Nə yalan deyək, “Lerik“in taleyi hələ də qeyri-müəyyəndir“.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...