COP29

“Kimsə mənimlə razılaşmaya bilər, amma...” - SƏHV SÖHBƏTİ

4 Noyabr 23:40 II Divizion 534
“Kimsə mənimlə razılaşmaya bilər, amma...” - SƏHV SÖHBƏTİ

“Öz gücümüzə rəqibi udmuşuq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şahdağ”ın kapitanı Rahid Əmirquliyev deyib.

İkinci Liqanın 8-ci turu Şimal derbisi ilə yadda qalıb.

"Hypers Guba" Quba Olimpiya İdman Kompleksində stadionunda Qusarı təmsil edən komandanı qonaq edib. Gərgin keçən qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 1:3.

Meydan sahibləri qeydə alınan nəticəyə görə baş hakim Səbuhi Bayramovu günahkar görüb.

Referinin qərarlarından qəzəbli olan bölgə klubu etirazını öz sosial şəbəkə hesabından bildirib. Özü də ironiya ilə “fit sahibləri”ni ələ salaraq:

"Hörmətli həkim, bu gün meydandakı "müalicəniz" komandanıza tam "şəfa" gətirdi, amma bizim üçün sanki yanlış diaqnoz qoyuldu.

Verdiyiniz "reseptlər" bir tərəfi tam sağlam, o biri tərəfi isə çarəsiz buraxdı. Sizin "yardımınız" sayəsində oyunun axarı tamam dəyişdi, elə bil ki, kimə "dərman" verəcəyinizi əvvəlcədən bilirdiz.

Ümid edirik ki, gələcəkdə bu cür "peşəkar" yanaşmalarınızı bir az daha diqqətlə tətbiq edərsiniz, çünki belə "müalicələr" futbolun ruhunu incidir".

İki ildir yetirməsi olduğu kluba qayıdan 36 yaşlı yarımmüdafiəçi qarşı tərəfin iddialrını yersiz sayır. Azərbaycan millisinin sabiq üzvü şimal derbisini uduzan Quba təmsilçisinin bu açıqlamasını qınayıb:

"Uduzan komanda hər zaman narazı olur. Futbolda normal haldır.

Amma bir klubun rəsmi səhifəsində bu barədə paylaşım etməsi qeyri-peşəkar addımdır. Təbii ki, kimsə razılaşmaya bilər, amma mənim düşüncəmdə belədir.

Məncə, hakim normal oyun idarə etdi. Bunu tək mən yox, hamı gördü.

Bizə hansısa simpatiya olmasını demək olmaz. Səhvlər olubsa da, hər iki tərəfə olub.

O da insandır. Amma oyunun nəticəsinə təsir edəcək səhv olmayıb”.

Digər Xəbərlər
Xəbər Lenti