“Şəkidə futbol ənənələri olmayıb deyə, insanların sosial məsuliyyəti daha azdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamsında “Şəki Siti”nin prezidenti Elgün Hüseynov deyib.
II Liqada mübarizə aparan klubun rəhbəri “sosial şəbəkələrdə bu qədər dəstək çağırışları edirsiz, bəs niyə səsinizə səs verən yoxdur” sualına cavabında aşağıdakıları söyləyib:
“Şəkinin müxtəlif kəndlərindən Rusiyada bizneslə məşğul olan adamlar var. Klubumuza kömək etməklə bağlı onlara müraciət etmişdim.
Bilirsiz, nə dedilər: “Klubunuzun adı “Şəki Siti”dir, qoy sizə yardımı da şəhərdə yaşayanlar etsinlər”.
Bu cür münasibətlə üzləşdim.
Dünya şöhrətli Məsut Özili min bir əziyyətlə stadiona dəvət etmişik, bəzi “Qalatasaray” azarkeşləri oyuna baxmağa gəlmədilər ki, o, “Fənərbağça”nın formasını geyinib.
Hərə bir cür bəhanə edir və buna görə də dediyiniz məsələdə inkişaf yoxdur”.