COP29

Deputat əlini klubun üstündən çəkdi: “Əvvəl kömək edirdi, indi elə imkanı yoxdur”

29 Oktyabr 14:40 II Divizion 1 749
Deputat əlini klubun üstündən çəkdi: “Əvvəl kömək edirdi, indi elə imkanı yoxdur”

«Klubumuzun üzləşdiyi çətin vəziyyətdən onun xəbəri var».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Lerik»in İdarə Heyətinin sədri Famil Məmmədov deyib.

II Liqada yarışan əyalət təmsilçisinin rəhbəri söyləyib ki, keçmiş deputat İqbal Məmmədov artıq onlara kömək edə bilmir.

O, tanınmış iş adamının hazırda «Lerik»lə heç bir əlaqəsinin qalmadığını vurğulayıb:

«Komandamız «Şəfa» ilə oyuna gedə bilmədi. Həmin hadisədən qabaq biz Lerikin bir çox imkanlı şəxsinə müraciət etdik, şirkətlərlə görüşdük.

Elə bir adam olmadı ki, ondan dəstək istəməyək.

İqbal müəllim ötən mövsüm komandamıza çox kömək edib. Biz bunu itirmirik və itirə bilmərik.

Buradan bir daha ona öz təşəkkürümüzü bildiririk. Yəqin ki, indi onun elə imkanı yoxdur.

İqbal müəllim «Lerik»in fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşməsindən məlumatlıdır. Əgər əvvəlki maliyyə imkanları olsaydı, mütləq kluba kömək edərdi».

Digər Xəbərlər
Xəbər Lenti