COP29

Bir həftədən sonra “dirilən” komandanın üzləşdiyi acınacaqlı vəziyyət bu VİDEOda

25 Oktyabr 23:40 II Divizion 108
Bir həftədən sonra “dirilən” komandanın üzləşdiyi acınacaqlı vəziyyət bu VİDEOda

II Liqada 8-ci tura yekun vurulub.

Ötən tur «Şəfa» ilə səfər oyununa yollanmayan "Lerik" bu dəfə Lənkəranda "Qusar"ı qəbul edib.

Turnir cədvəlində qonşu olanların qarşılaşması şimal təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ciddi maliyyə sıxıntısı çəkən komandaların duelində qeydə alınan nəticəyə ədalətli demək olmaz. Çünki nominal ev sahibləri ən azından 1 xala layiq idi.

Matça da onlar yaxşı başlamışdı. Həftələrdir məşq etməyən «Lerik»in heyətində müdafiəçi Fahil Dostiyevin hesabı açmaq üçün əldə etdiyi fürsəti qaçırması heç yerinə düşmədi.

«Qusar»ın qapıçısı İmrah Məhərrəmov fasiləyədək iki dəfə seyvi ilə özünü diqqət mərkəzinə daşımağı bacardı.

Qonaqlar fasilədən sonra ara-sıra təşkil etdiyi əks-hücumlarla iki qol vurdu.

«Lerik»in «1 nömrə»si Hafiz Məmmədli cərimə meydançası daxilində Turan Babayevi kobudluqla dayandırınca, referi İslam Məmmədov penalti nöqtəsini göstərdi və topa yaxınlaşan Kazbek Qafarov toru silkələdi.

Qaçmağa heyi olmayan, qapıya uzaqdan zərbələr endirməklə kifayətlənən leriklilər növbəti dəfə 88-ci dəqiqədə cəzalandı.

Ruslan Kiçibəyovdan ötürməni qəbul edən İlham Yarəliyev iki miüdafiəçinin əhatəsindən çıxıb və qapıçını da keçərək, toru silkələyib.

Xallarını 5-ə yüksəldən "Qusar" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 7 xalı olan "Lerik" isə 10-cu yerdədir.

SPORTİNFO.AZ

"Lerik" - "Qusar" 0:2

Qollar: Kazbək Qafarov, 68 (p.); İlham Yarəliyev, 88
Lənkəran OİK stadionu. 30 tamaşaçı
Baş hakim: İslam Məmmədov
Baş hakimin köməkçiləri: Elmin Süleymanov, Zakir Şükürzadə
Dördüncü hakim: Rəsul Babayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Valid Yusubzadə, 37 (qeyri-idman hərəkəti); Feyruz Bağıyev, 60 (qeyriidman hərəkəti); Nurlan Əmirzadə, 89 (qeyri-idman hərəkəti) // Denis İsmixanov, 27 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.

“Lerik”: 12. Hafiz Məmmədli 19. Feyruz Bağıyev 17. Fahil Dostiyev (10. Nurlan Əmirzadə, 59) 42. Valid Yusubzadə (k) 5. Kənan Sadıxov (14. Murad Əliyev, 61) 6. Sübhan Məmmədli (2. Baləsən Həsənov, 89) 20. Elvin Cahangirli 11. Vasif Fərəcov 3. Mirvaleh Hüseynov 8. Zeynal Axundzadə 22. Həsən Mirsadıqov (9. Vidadi Fərzullazadə, 46)
Ehtiyat oyunçular: 93. Röyal Əlizadə 1. Cavidan İzzətli 15. Rəsul Məmmədov 4. Mircavad Ağazadə
Baş məşqçi: Vidadi Hüseynov

“Qusar”: 22. İmran Məhərrəmov 38. Tərlan Salmanov 10. Osman Osmanov 88. Turan Babayev 17. Elnur Dəmirli 7. Kazbək Qafarov (k) 9. Kamal Həsən-pur 99. Manaf Bədəlov 18. İlham Yarəliyev 16. Denis İsmixanov 30. Ruslan Kiçibəyov
Ehtiyat oyunçular: 13. Viqar Əlibabayev 3. Murad Hüseynov
Baş məşqçi: Emin Əmiraslanov

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 18:10 Çək və bizə göndər!
25 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
25 Oktyabr 11:20 Siyasətin arzuları