COP29

Dedi, öldür məni, mən o qapıdan içəri keçmərəm - VİDEO

24 Oktyabr 23:40 II Divizion 124
Dedi, öldür məni, mən o qapıdan içəri keçmərəm - VİDEO

II Liqada 8-ci turun oyunları kesirilib.

"Şəmkir" doğma meydanda "Dinamo"nu qəbul edib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Hesaba aldanmayın, qarşılaşma qətiyyən sönük keçməyib. Hər iki tərəf fərqlənmək üçün bir neçə fürsət yaxalayıb.

Əsasən də «Şəmkir». Ev sahibləri tələskənlik nümayiş etdirməsəydi, azı 4-5 qol vura bilərdi.

Vidadi Cəfərovun epizodlarını izləmək kifayətdir. 11 qolla liqanın bombardirlər siyahısına başçılıq edən hücumçu yaşına və boyuna yaraşan səhlənkarlığa yol verdi.

Ağır çəkili MMA döyüşçülərinə bənzəyən forvard nə başıyla, neə də ayağıyla dəqiq oynadı. Hətta bir epizodda topu 1 metrdən boş qapıya yönəldə bilmədi.

Cəfərovu izləyərkən, başa düşürsən ki, niyə Premyer Liqa və I Liqa məşqçiləri onu komandalarında görmək istəməyib.

Fiziki hazırlığına diqqət yetirməyən mingəçevirli ön xətt oyunçu bəzən özünü yerindən tərpədənə kimi səhər axşam olur.

İndi görün II Liqa nə vəziyyətdədir ki, Vidadi burada ən sərrast qolçudur.

«Dinamo»nun qapıçısı Elmin Qaçaylı perspektivlidir. Üst liqalarda işləyən mütəxəssislərə onu izləməyi təklif edirik.

Həqiqətən məsləhətdir. 19 yaşlı kiper Şəmkirdə komandası üçün əsl qəhrəmanlıq etdi.

Onun seyvləri və topa reaksiyaları göz doldurdu. Yaşar Seyidov, doğrudan da, yaxşı məşqçidir. Belə uşaqları haradan tapır, necə tapır, çox maraqlıdır.

Xallarını 13-ə yüksəldən "Şəmkir" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 10 xalı olan "Dinamo" isə 9-cu yerdədir.

SPORTİNFO.AZ

“Şəmkir” – “Dinamo” 0:0
Şəmkir OİK stadionu. 100 tamaşaçı
Baş hakim: Ruslan Quliyev
Baş hakimin köməkçiləri: Səbuhi Əmrahov, Səbuhi Soltanov
Dördüncü hakim: Elçin Abdullayev Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Eldar Məmmədov

Sarı vərəqələr: Akif Tağıyev, 81 (qeyri-idman hərəkəti) // Valeh Seyidov, 56 (qeyri idman hərəkəti); Ziya Məmmədli, 71 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

“Şəmkir”: 1. Novruz Rəhimov (k) 10. Akif Tağıyev 17. Elnur Mustafazadə 11. Rövşən Şahmuradov 9. Vidadi Cəfərov 23. Cavanşir Cavanşirov 8. Əli Tağızadə (7. Sahib Cümşüdov, 61) 22. Ənəs Şabanov 5. Sehran Abbasov (14. Surac Şahbazov, 88) 15. Ümid Nağdalıyev 19. İsmayıl Əskərov
Ehtiyat oyunçular: 44. Elşad Mirzəyev 20. Cavid Abbasov 3. Kamran Kərimov 2. Əyyub Cabbarov 4. Kənan İbişov 6. Kərəm Əhmədli
Baş məşqçi: Ceyhun Əhmədov

“Dinamo”: 12. Elmin Qaçaylı 6. Ramal Əhmədov 11. Şahin Əliyev 20. Valeh Seyidov (k) 14. Əlisa İsayev 10. Ziya Məmmədli (5. Cavid Məmmədov, 80) 19. Əlibala Ağayev 18. Aydın İsxanzadə 17. Fizuli Dəmirov 44. Əli Məmmədli 88. Aqil Hüseynzadə
Ehtiyat oyunçular: 1. İbrahim Bağırov 22. Fərid Quliyev 4. Qürbət Əhmədov
Baş məşqçi: İsmayıl Vəkiliqazicahani

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?