COP29

Rayon qapıçısı çempionatda fokus göstərdi, mübahisə düşdü - VİDEO

23 Oktyabr 23:40 II Divizion 164
Rayon qapıçısı çempionatda fokus göstərdi, mübahisə düşdü - VİDEO

II Liqada ilk mövsümünü keçirən «Hypers» uğurlu çıxışını davam etdirir.

Yeddinci turda Ağdaşa yollanan Quba təmsilçisi uzaq səfərdən 3 xalla dönüb.

Heç də yaxşı oyun sərgiləyərək yox… «Ağdaş» bu sezon ilk dəfə əzmkar və istəkli təsir bağışlayıb.

Bilmirik onlara yeni sponsor gəlib, yaxud kimsə böyük mükafat vəd edib, komanda birinci dəqiqədən etibarən qazanmaq iddiasını ortaya qoydu.

Əgər Elxan Qasımovun inanılmaz qurtarışı olmasaydı, ev sahibləri cərimə zərbəsindən hesabı erkən açacaqdı.

Biz eyni sözləri «Ağdaş»ın qapıçısı Ümid Paşayev haqda söyləyə bilmərik. Yerli kiper ilk qolda elə panaltiyə səbəbkar oldu ki, mat-məəttəl qalırsan.

Qonaqların fərqi artırdığı ikinci eizodda da Paşayevin topa reaksiya göstərməməsini qeyd etməliyik.

Ümidin «fokuslar»ı komanda yoldaşlarında əsəbilik yaradıb. Ülvi Sarıyev 37-ci dəqiqədə iki sarı vərəqə alaraq, baş hakim Murad Səlimov tərəfindən meydandan kənarlaşdırılıb.

Sarıyev referinin qərarıyla razılaşmayıb, onunla mübahisə edib. Onu kənara güclə çıxarıblar.

Say üstünlüyü əldə edən Vüqar Nadirovun komandası ikinci hissədə daha bir dəfə fərqlənib. Oyundankənar vəziyyətdən çıxan Nurlan Novruzov qapıçıyla təkbətəkdən qalib ayrılaraq dublunu rəsmiləşdirib.

«Ağdaş»ın əziyyətinə heyif! Meydan sahibləri çempionluğa iddialı rəqib önündə sınmadı, 3-4 real qol epizodu yaratdılar. Bircə toru silkələməyi bacarmadılar, qalan hər şeyi etdilər.

SPORTİNFO.AZ

“Ağdaş” – “Hypers” 0:3
Qollar:
Nurlan Novruzov, 12 (p.), 71; Elşən Veysov, 27
Ağdaş şəhər stadionu. 50 tamaşaçı
Baş hakim: Murad Səlimov
Baş hakimin köməkçiləri: Anar Bədəlov, Samir Qaracayev
Dördüncü hakim: Sərxan İsmayılov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Ümid Paşayev, 10 (qeyri-idman hərəkəti); Nicat Baxşiyev, 10 (hakimin qərarına etiraz); Zamiq Abubəkirov, 14 (qeyri-idman hərəkəti); Aqşin Yaqubov, 29 (qeyriidman hərəkəti); Ülvi Sarıyev, 37 (qeyri-idman hərəkəti), 37 (hakimin qərarına etiraz); Aqil Mirzəyev, 75 (qeyri-idman hərəkəti) // Nicat Abbasov, 42 (qeyri-idman hərəkəti); Hüseyn Mənəfli, 57 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Ülvi Sarıyev, 37
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə yoxdur.

“Ağdaş”: 1. Ümid Paşayev 5. Vasif Nəsirov 90. Nicat Baxşiyev 9. Oleq Xəlilov (26. Taleh Yusifli, 72) 3. Səbuhi Ağayev (k) 33. Elçin Süleymanov 7. Taryel Zeynalov (19. Mahir Salmanov, 80) 20. Ülvi Sarıyev 11. Zamiq Abubəkirov 27. Rəvan Əliyev (2. Aqil Mirzəyev, 67) 14. Aqşin Yaqubov
Ehtiyat oyunçular: 12. Ruslan Hüseynov 36. Şahin Həsənli 17. Revazi Otaraşvili 15. Zaur Səmədov 21. Eşqin Vəliyev
Baş məşqçi: Ruslan Hüseynov

“Hypers Guba”: 98. Elxan Qasımov 5. Ramil Əhmədov (k) 19. Nurlan Novruzov 14. İlqar Ələkbərov 11. Nicat Abbasov (16. Sirac Məmmədli, 46) 25. Baxşəli Baxşəliyev (17. Nail Təhməzli, 88) 9. Ravil Yusifli (22. Rəvan Quluzadə, 72) 7. Elşən Veysov (6. Denis Edilov, 88) 8. Hüseyn Mənəfli (57. Nihat Sarıyev, 88) 77. Nicat Oruclu 99. Hakan Həsənov
Ehtiyat oyunçular: 35. Fərman Bayramov 49. Valeh Məmmədov
Baş məşqçi: Vüqar Nadirov

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 19:20 "Neftçi"də yeni sponsor