COP29

Nə yeyib, nə içmişdilərsə… Belə oyunmu olar? - VİDEO+FOTOREPORTAJ

22 Oktyabr 23:40 II Divizion 157
Nə yeyib, nə içmişdilərsə… Belə oyunmu olar? - VİDEO+FOTOREPORTAJ

«Dinamo» II Liqanın 7-ci turunda «Saatlı-Araz»ı qəbul edib.

«Neftçi»nin bazasında keçirilən matç 1:0 hesabıyla «polislər»in xeyrinə başa çatıb.

Yeganə qolu 15-ci dəqiqədə Şahin Əliyev vurub. O, cərimə meydançasının önündən yerinə yetirdiyi cərimə zərbəsindən qapıya yol tapıb.

Saatlı təmsilçisinin status-kvonu bərpa eləməsi, hətta hesabda önə çıxması üçün xeyli şansı olub.

Videoya baxsaz, görəcəksiz ki, nəticə oyunun gedişini əks etdirmir. Qonaqların ev sahiblərinin qapısı önündə yaratdığı təhlükəli epizodların sayı rahat-rahat 10-u keçib.

Şəhriyar Məmmədov futbolçularına nə yedizdirib-içizdirmişdisə, nə demişdisə, biri də «çərçivə»yə düşə bilmədi.

Belə imkanı daha kim əldə etmədi ki? Qapıçıdan savayı, demək olar hamı bu fürsəti yaxaladı, amma dəyərləndirmədi.

SPORTİNFO.AZ

“Dinamo” - “Saatlı-Araz” 1:0
Qol
: Şahin Əliyev, 15
“Neftçi Futbol Mərkəzi” (IV meydança). 50 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Nurlan Əhmədzadə, Aydın Bəxşiyev
Dördüncü hakim: Emin Abdullayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Ziya Məmmədli, 30 (qeyri-idman hərəkəti); Ramal Əhmədov, 44 (qeyri-idman hərəkəti); Fərid Quliyev, 47 (qeyri-idman hərəkəti); Şahin Əliyev, 74 (qeyri-idman hərəkəti); Əlibala Ağayev, 90+2 (qeyri-idman hərəkəti) // Kamran Yolçiyev, 90+2 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 5 dəq.

“Dinamo”: 12. Elmin Qaçaylı 6. Ramal Əhmədov 11. Şahin Əliyev (8. Uğur Sayıllı, 78) 3. Nicat Əskərov 20. Valeh Seyidov (k) 14. Əlisa İsayev 10. Ziya Məmmədli (7. Əkbər Səfərzadə, 82) 19. Əlibala Ağayev 18. Aydın İsxanzadə 22. Fərid Quliyev (17. Fizuli Dəmirov, 57) 88. Aqil Hüseynzadə
Ehtiyat oyunçular: 1. İbrahim Bağırov 15. Tərlan Veysəlli 99. Kənan Əlizadə 5. Cavid Məmmədov 4. Qürbət Əhmədov 44. Əli Məmmədli 2. Nihad Mahmudzadə
Baş məşqçi: İsmayıl Vəkiliqazicahani

“Saatlı-Araz”: 1. Ümüd Cəfərov 9. Nurlan İsayev 19. Rəsul İbrahimov 7. Xəyal Bədirov (k) 5. Qurban Hüseynov 15. Cavid Əliyev 17. Elariz Xəlilli (49. Pərviz Eyvazov, 82) 11. Kamran Yolçiyev (14. Abdulla Köngülov, 90+3) 44. Ramiz Qasımov (24. Ülvi Əvəzov, 88) 4. Loğman Əliyev 66. Turqut Mustafazadə
Ehtiyat oyunçular: 60. Tural Abbaszadə 12. Teymur Hüseynov 22. Tanrıverdi Məhərrəmli 8. Ramin Süleymanov 6. Həmzə Əliyev
Baş məşqçi: Şəhriyar Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?
22 Oktyabr 04:00 Anna AFFA-nın binasında
22 Oktyabr 01:10 Rayon klubundan bir ilk