COP29

AFFA bu klublara əlavə vəsait ayırmağı nəzərdən keçirir - SON DƏQİQƏ

14:20 II Divizion 582
AFFA bu klublara əlavə vəsait ayırmağı nəzərdən keçirir - SON DƏQİQƏ

AFFA II Liqada mübarizə aparan klublara əlavə vəsait ayıra bilər.

Bununla bağlı federasiyadan redaksiyamıza yeni məlumat daxil olub.

Verilən informasiyaya görə, rəhbərlik hazırda bu məsələni ciddi surətdə müzakirə edir. Yaxın günlərdə iştirakçı komandaların nümayəndələri ilə toplantının keçirilməsi gözlənilir.

Yardım paketinin artırılması günün tələbidir. Çempionatda vəziyyət həddindən artıq gərgin və qeyri-sabitdir. Əksər yarışmaçılar çıxışlarını davam etdirməyə çətinlik çəkir.

Məsələn, «Lerik» maliyyə çatışmazlığı üzündən 7-ci turda «Şəfa» ilə səfər matçına yollanmayıb. Eyni problem «Şəki Siti», «Füzuli» və «Qusar»ın da başı üzərində qara buludlar yaradıb.

Həmçinin digər komandalar zaman-zaman maddi dayaqlarının zəifliyindən şikayətlənir.

AFFA II Liqa mənsublarına hər ay üçün 5000 manat ayırır. Bu, ötən mövsümdən etibarən ödənilən məbləğdir. Lakin göstərilən vəsait iştirakçıların nə əlini yuyur, nə də üzünü.

Federasiya prezidenti Rövşən Nəcəf mövcud durum barədə məlumatlandırılıb.

Əlbəttə, o da başa düşür ki, yenicə AFFA-nın başına keçdiyi bir vaxtda komandaların çempionatı yarımçıq tərk etməsi onun imicinə kökündən balta çalacaq, reytinqini xeyli aşağı salacaq.

Odur ki, problemlərin araşdırılması və ilkin mərhələdə qismən də olsa, aradan qaldırılmasına dair göstəriş verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti