COP29

Azərbaycanda bu komandanın futbolçularına heç 10 manat verən də yoxdur... VİDEO

21 Oktyabr 23:40 II Divizion 533
Azərbaycanda bu komandanın futbolçularına heç 10 manat verən də yoxdur... VİDEO

II Liqada 7-ci tur geridə qalıb.

"Qusar" Sumqayıtda "Şəmkir"i qəbul edib.

Qarşılaşma qərb bölgəsi təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Darmadağının əsası 1-ci dəqiqədə qoyulub. Rövşən Şahmuradovla başlayan «qol yağışı» 30-cü dəqiqədə Vidadi Cəfərov tərəfindən 4:0-a çatdırılıb.

Gənclər yığmasının sabiq forvardı fasilədən sonra daha iki dəfə fərqlənərək, het-trikini rəsmiləşdirib.

«Şəmkir» 6:0-a həm sevinməli, həm də üzülməlidir. 6 qol vursalar da, təqribən 16 epizodu da zay etdilər.

Qonaqların yaratdığı təhlükəli epizodların sayı o qədər çox idi ki… Nə yığmaq mümkün idi, nə yığışdırmaq.

«Qusar» dediyimiz məhəllə komandasıdır. Kamran Əlibabayevin çalışdırdığı kollektiv bundan artıq olmayacaq ki…

Rayonun eyniadlı təmsilçisi pis günlərini yaşayır: pul yox, para yox. Nə məşq var, nə məşq keçən.

Oyun günü oradan-buradan yığılan futbolçulara, deyəsən, heç 10 manat verən də yoxdur. 10 manat alsalar, heç olmasa, 1 manatlıq oyun göstərərlər.

Xallarını 12-yə yüksəldən "Şəmkir" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 2 xalı olan "Qusar" 13-cü yerdədir.

SPORTİNFO.AZ

“Qusar” – “Şəmkir” 0:6
Qollar:
Rövşən Şahmuradov, 1; Akif Tağıyev, 10; Cavanşir Cavanşirov, 17; Vidadi Cəfərov, 30, 54, 74
Sumqayıt. “Kapital Bank Arena” (ehtiyat meydança). 10 tamaşaçı
Baş hakim: Səbuhi Bayramov
Baş hakimin köməkçiləri: Sənan Atayev, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Niyaz Əhmədov Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva

Sarı vərəqələr: Firudin Ağalarov, 10 (qeyri-idman hərəkəti); Turan Babayev, 15 (qeyriidman hərəkəti); Denis İsmixanov, 26 (qeyri-idman hərəkəti)

Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur.

“Qusar”: 22. İmran Məhərrəmov 15. Firudin Ağalarov (k) 37. Faik Ağakərimov 21. Orxan Qurbanlı 10. Osman Osmanov 17. Elnur Dəmirli 7. Kazbək Qafarov 88. Turan Babayev (30. Ruslan Kiçibəyov, 60) 8. Əsgər Hümbətov 99. Manaf Bədəlov 16. Denis İsmixanov
Ehtiyat oyunçular: 38. Tərlan Salmanov 77. Mirmehdi Rzayev 4. Mehman Süleymanlı

Baş məşqçi: Emin Əmiraslanov
“Şəmkir”: 1. Novruz Rəhimov (k) 10. Akif Tağıyev (4. Kənan İbişov, 72) 20. Cavid Abbasov (3. Kamran Kərimov, 46) 17. Elnur Mustafazadə (8. Əli Tağızadə, 60) 11. Rövşən Şahmuradov 7. Sahib Cümşüdov 9. Vidadi Cəfərov 23. Cavanşir Cavanşirov 22. Ənəs Şabanov (6. Kərəm Əhmədli, 79) 5. Sehran Abbasov (14. Surac Şahbazov, 60) 15. Ümid Nağdalıyev
Ehtiyat oyunçular: 44. Elşad Mirzəyev 2. Əyyub Cabbarov 19. İsmayıl Əskərov

Baş məşqçi: Ceyhun Əhmədov

Digər Xəbərlər
Xəbər Lenti