COP29

Burada iki əla qapıçı var, kim istəyir? - VİDEO

20 Oktyabr 23:45 II Divizion 1 239
Burada iki əla qapıçı var, kim istəyir? - VİDEO

II Liqada 7-ci tura yekun vurulub.

"Kür-Araz" Saatlıda "Şimal"ı qəbul edib.

Qarşılaşma Xaçmaz təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Doğrusu, matç bu cür bitməli deyildi. Daha çox qol izləyə bilərdik. Qapıda Əmrah Zülfüqarlı ilə Ağaseyid Qasımov dayanmasaydı əgər.

Hər iki tərəfdən «çərçivə qoruyucuları» gözəl təsir bağışladı. Fərdi yarışa girişmişdilər sanki. Bir-birindən əla qurtarışlarla alqış qazandılar.

II Liqada belə «əlcək sahibləri»nin olmasına, açığı,

inanmaq çətindir. İstər Əmrah, istərsə də Ağaseyid I Liqada iddialı komandaların formasını geyinməyə layiqdir. Onlar necə gəlib bura düşüblər, çox qəribədir.

«Şimal»ın vurduğu hər iki qola Tofiq Nsibov imza atdı. Onun yerində 10 yaşlı uşaq da olsaydı, belə fürsətləri qaçırmazdı. Tofiq hər hissədə yaxın məsafədən boş qapını nişan almaqdan savayı heç nə etmədi.

Xallarını 15-ə yüksəldən "Şimal" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 9 xalı olan "Kür-Araz" isə 7-ci yerdədir.

SPORTİNFO.AZ

“Kür-Araz” – “Şimal” 0:2
Qollar:
Tofiq Nəsibov, 21; 48.

Saatlı OİK stadionu. 70 tamaşaçı
Baş hakim: İslam Məmmədov
Baş hakimin köməkçiləri: Elmin Süleymanov, Zakir Şükürzadə
Dördüncü hakim: Maqsud Şamıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Eltun Həsənli, 33 (qeyri-idman hərəkəti); Museyib Vəlizadə, 64 (hakimin qərarına etiraz); Bayram Əliyev, 90+3 (qeyri-idman hərəkəti) // Cavad Hacıyev, 35 (qeyriidman hərəkəti); Ceyhun Kəlbəliyev, 64 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“Kür-Araz”: 99. Əmrah Zülfüqarlı 11. Ramazan Abbasov (13. Nihad Məmmədov, 67) 14. Elnur Məmmədov (k) 22. Mirabbas Mirbabayev 9. Elxan Məmmədov 10. Bayram Əliyev 18. Nicat Fərəcli (8. Cavidan Musazadə, 74) 77. Museyib Vəlizadə 15. Babək Yaqublu 7. Fəzail Şirxanzadə 3. Eltun Həsənli (5. İlkin Hüseynli, 53)
Ehtiyat oyunçular: 1. Şöhlət Rəhimov 6. Ağasən Əsgərov 4. Fərid Oruczadə 16. Əli İbrahimli
Baş məşqçi: Üzeyir Sefizadə

“Şimal”: 12. Ağaseyid Qasımov 18. Tural Cəlilov (k) (7. Emin Əsəkərov, 81) 10. Elmar Yəhyabəyov (13. Qeybulla Kaçayev, 70) 5. İqrar Səmədov 17. Cavad Hacıyev 16. Amil Məmmədov 27. Pərviz Azadov 44. Tofiq Nəsibov (9. Şahlar Sədiyev, 67) 8. Pirverdi Seyidov 77. Ceyhun Kəlbəliyev 25. Tərlan Vəlimətov
Ehtiyat oyunçular: 1. Natiq Daşdəmirli 4. Ülvi Zeynalov 6. Məhəmməd Ağayev 11. Mirzə Bayrampur 15. Elmar Babayev
Baş məşqçi: Rəcəb Mahmudov

Digər Xəbərlər
Xəbər Lenti