COP29

Azərbaycan çempionatında qeyri-adi olay: Futbolçu tapılmadı, həkimi oynatdılar - VİDEO

20 Oktyabr 22:55 II Divizion 705
Azərbaycan çempionatında qeyri-adi olay: Futbolçu tapılmadı, həkimi oynatdılar - VİDEO

Azərbaycan futbolunda növbəti qeyri-adi hadisə yaşanıb.

“Füzuli” “Göygöl”lə oyuna 10 futbolçu ilə çıxıb.

Qonaqlar II Liqanın VII turunun Göygöl Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matça cəmi 11 futbolçu sifariş edib.

Protokolda “11-liy”i dolduran “Füzuli” ehtiyatda oyunçu saxlamayıb. Amma hakim start fiti verdikdə meydana 11 deyil, 10 nəfər çıxıb.

Bu, hələ harasıdır! Demə, qonaqlar 90 dəqiqə ərzində həkimin xidmətindən yararlanıb. Bəli, elədir ki, var!

Tibb işçisi olan Şaməddin Rüstəmov məcburiyyətdən futbolçu kimi forma geyinib.

Elə referi Şamil İmanzadənin qəzəbinə tuş gələn yeganə isim də o olub. Belə ki, Şaməddin 74-cü dəqiqədə yol verdiyi qeyri-idman hərəkətinə görə sarı vərəqəyə tuş gəlib.

Füzulinin eyniadlı təmsilçisinin üzləşdiyi vəziyyət maliyyə çətinliyi ilə əlaqədardır. Komanda aylardan bəri bu problemi yaşayır.

Burada «pul-para» deyib, dad döyürlər. Durum o qədər pisdir ki, kollektiv bölgəyə baş məşqçisiz yollanıb.

Xaqani Quliyevin adı protokolda qeyd olunsa da, nə özü, nə də köməkçiləri qafilədə yer alıb. Klub rəhbərliyinə etirazını bu barədə bildirən məşqçi korpusu Bakıda qalıb.

«Göygöl» qonaq komandanın durumundan necə lazımdır yararlanıb. Doqquz cavabsız qol vurublar. Ev sahiblərindən Samir Məmmədov 5 dəfə fərqlənib.

Onlardan digər qollara Zahid Sadıxov, Çingiz Məmmədov, İntiqam Tağıyev, və Araz Quliyev imza atıb. Qapı toru sökük halda olduğundan, üçüncü qol zaman top meydandan xeyli kənara çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti