COP29

Azərbaycanda baş məşqçi oyuna gəlmədi, komanda 10 nəfərlə BİABIR OLDU - VİDEO

19 Oktyabr 23:40 II Divizion 284
Azərbaycanda baş məşqçi oyuna gəlmədi, komanda 10 nəfərlə BİABIR OLDU - VİDEO

II Liqada 7-ci tura yekun vurulub.

Hesabat həftəsində daha bir biabırçı durum yaşanıb.

“Füzuli” “Göygöl”lə səfər matçına 1 nəfər azlıqda çıxıb.

Qarabağ klubu qərb rayonuna aparmağa futbolçu tapa bilmədiyindən, 90 dəqiqəni 10 nəfərlə keçirib.

Füzulinin eyniadlı təmsilçisinin üzləşdiyi vəziyyət maliyyə çətinliyi ilə əlaqədardır. Komanda aylardan bəri bu problemi yaşayır.

Burada «pul-para» deyib, dad döyürlər. Durum o qədər pisdir ki, kollektiv bölgəyə baş məşqçisiz yollanıb.

Xaqani Quliyevin adı protokolda qeyd olunsa da, nə özü, nə də köməkçiləri qafilədə yer alıb. Klub rəhbərliyinə etirazını bu barədə bildirən məşqçi korpusu Bakıda qalıb.

«Göygöl» qonaq komandanın durumundan necə lazımdır yararlanıb. Doqquz cavabsız qol vurublar. Ev sahiblərindən Samir Məmmədov 5 dəfə fərqlənib.

SPORTİNFO.AZ

“Göygöl” – “Füzuli” 9:0
Qollar:
Samir Məmmədov, 6, 23, 44, 72, 81; Zahid Sadıxov, 20; Çingiz Məmmədov, 54; İntiqam Tağıyev, 67; Araz Quliyev,90

Göygöl OİK stadionu. 20 tamaşaçı
Baş hakim: Şamil İmanzadə
Baş hakimin köməkçiləri: Mirnihat Seyidov, Asif Abdullayev
Dördüncü hakim: Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Nəriman Axundov
Sarı vərəqə: Şaməddin Rüstəmov, 74 (qeyri-idman hərəkəti)
90 Artırılan vaxt: I hissədə yoxdur; II hissədə yoxdur.

“Göygöl”: 99. Pərvin Zeynalov (13. Kənan Əliyev, 46) 9. Zahid Sadıxov (44. Rəşid Zeynalov, 62) 14. Ülvi Cəlilov (k) (22. Araz Quliyev, 46) 97. İsa Bayramov (4. Qaya Nəsibov, 62) 10. Elcan Rəhimov 11. İntiqam Tağıyev 6. Hikmət Verdiyev 77. Samir Məmmədov 55. Sənan Həsənov 17. Çingiz Məmmədov (15. Rəhman Qasımov, 62) 8. Seymur Fərəci
Ehtiyat oyunçular: 3. İsmayıl Məmmədov 66. Elgün Qasımlı 5. Səid Həsənov
Məşqçi: Bilal Mehdiyev

“Füzuli”: 1. Məhərrəm Məmmədli 25. Şaməddin Rüstəmov 88. Kənan Məmmədov (k) 11. Fuad Məmmədzadə 91. Bayram Nurizadə 44. Elmir Xəlilov 18. Fərhad Salamzadə 4. Murad Mehdiyev 9. Mübariz Hüseynzadə, 21. Samur-Xan Aslanxanov
Ehtiyat oyunçular:
Məşqçi:
Xəqani Quliye

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 23:20 Həzz dəqiqələri… BEŞ
19 Oktyabr 18:50 Çək və bizə göndər!
19 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 10:40 Bayılda səslənən SOS!
19 Oktyabr 08:20 Kimlər iş başına keçir?
19 Oktyabr 03:50 "Neftçi" pis başladı