COP29

Azərbaycanda hesab - 9:0

01:00 II Divizion 100
Azərbaycanda hesab - 9:0

II Liqada 7-ci turun iki matçı keçirilib.

Sportinfo.az xəbər verir ki, əvvəlcə "Dinamo" "Saatlı-Araz"la üz-üzə gəlib.

Görüş Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün 2-ci görüşündə isə "Göygöl" "Füzuli"ni qəbul edib. Matç meydan sahiblərinin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Əlavə edək ki, sabah 5-ci turun “Ağdaş” – “Haypers Quba” oyunu keçiriləcək.

Qeyd edək ki, bu turun ötən gün oynanılmalı olan 1 matçı - “Şəfa” – “Lerik” qarşılaşması təxirə salınıb.

“Dinamo” – “Saatlı-Araz” - 1:0

Qol: Ş. Əliyev, 15
“Neftçi Futbol Mərkəzi”

“Göygöl” – “Füzuli” - 9:0

Qollar: S. Məmmədov, 6, 23, 72, 81, Z. Sadıxov, 20, Ç. Məmmədov, 54, İ. Tağıyev, 67, A. Quliyev, 90
Göygöl OİK stadionu,

19 oktyabr (şənbə)

14:30. “Ağdaş” – “Haypers Quba”
Ağdaş şəhər stadionu

17 oktyabr (cümə axşamı)

“Şahdağ Qusar” – “Şəki Siti” - 5:0

“Şəfa” – “Lerik” (Təxirə salınıb)

“Qusar” – “Şəmkir” - 0:6

“Kür-Araz” – “Şimal” - 0:2

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 12:40 Messi Bakıya gəlir?