COP29

Azərbaycanda komanda normal futbolçu tapa bilmədi, uşaqları oynatdı - VİDEO+FOTOREPORTAJ

17:40 II Divizion 292
Azərbaycanda komanda normal futbolçu tapa bilmədi, uşaqları oynatdı - VİDEO+FOTOREPORTAJ

II Liqada 7-ci tura start verilib.

“Şahdağ Qusar” Şamaxıda “Şəki Siti"ni qəbul edib.

Matç qusarlıların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesab erkən açılıb: Famil Camalov 11-ci dəqiqədə darmadağının əsasını qoyub.

O, ikinci qolunu vurmasına görə rəqib qapıçı Elnar Şabanova minnətdar olmalıdır. Belə ki, topu oyuna daxil etmək istəyən kiper səhvən Camalova ötürmə verib və bu, torun silkələnməsiylə nəticələnib.

Maliyyə problemləri yaşayan və Şamaxıya cəmi 14 futbolçu gətirə bilən qonaqlar fasilədən sonra tükənib.

Topsuz hərəkətdən yorulan «Şəki»nin fiziki cəhətdən «stop» deməsi nominal ev sahiblərinin işini asanlaşdırıb, daha 3 qol qeydə alınıb.

Famil het-trikini rəsmiləşdirib və çempionatda,qollarının ümumi sayını 9-a çatdırıbsa, Tural Qürbətov 1 dəfə fərqlənib.

«Səbail»dən tanıdığımız Ədilxan Qaraəhmədovun 35 metrdən vurduğu qolun isə bir başqa yeri var.

Digər bir məqamı da qeyd edək: Şəkililər bu matçda 15 yaşlı yeniyetmənin xidmətindən yararlanıb. Onlardan Asim Quliyev oyuna start heyətində başlayıb və əvəz olunmayıbsa,

İlkin Məmmədov son yarım saatda bu imkanı yaxalayıb. İlkin Ağaniyev isə son 5 dəqiqədə forma geyinib.

SPORTİNFO.AZ

“Şahdağ Qusar” - “Şəki Siti” 5:0
Qollar:
Famil Camalov, 11, 20, 82; Tural Qurbatov, 50; Ədilxan Qarəhmədov, 64
Şamaxı OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Kamran Əliyev
Baş hakimin köməkçiləri: Orxan İbişov, Rasim Axundov
Dördüncü hakim: Rəsul Babayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Rubin Seyidov, 51 (qeyri-idman hərəkəti) // Xalıq Şabanov, 51 (qeyriidman hərəkəti) Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur.

“Şahdağ Qusar”: 12. Rafiq Kərimov 15. Nodar Məmmədov 14. Rahid Əmirquliyev (k) (6. Vüsal Hüseynov, 73) 11. Tural Qurbatov (10. Mehman Məsimov, 67) 19. İlyas Səfərzadə 17. Emin Quliyev (88. Mehdi Rəsulov, 60) 70. Ruslan Hacıyev 9. Famil Camalov 4. Rubin Seyidov (44. Afin Bağırov, 67) 77. Ədilxan Qarəhmədov (21. Ruslan Ağalarov, 73) 55. Firuz Əhmədov
Ehtiyat oyunçular: 1. Babək Allahverdiyev 99. Elmar Əzizov 8. Fərman Qənbərov 7. Salman Atluxanov 30. İlkin Mikayılov 71. Cavid Quliyev 38. Said Əliyev

Baş məşqçi: Elnur Abdullayev

“Sheki City”: 1. Elnar Şabanov 4. Süleyman Rauflu (k) 20. Orxan Kərimov 3. Mehman İbadov 26. Fəqan Lətifov 33. Xəyal Əmirli 7. Ceyhun Rəcəbli 17. Xalıq Şabanov (22. İlkin Ağaniyev, 85) 71. Fərid İslamzadə 19. Asim Quliyev 99. Elgün Hacıbabayev (10. İlkin Məmmədov, 60)
Ehtiyat oyunçular: 12. Emil Mustafayev
Baş məşqçi: Firuddin Mövsümov

Digər Xəbərlər
Xəbər Lenti