COP29

Bu komanda meydana çıxmadı – “Şahdağ”dan 5, “Şəmkir” 6 qolluq darmadağın

17 Oktyabr 18:00 II Divizion 598
Bu komanda meydana çıxmadı – “Şahdağ”dan 5, “Şəmkir” 6 qolluq darmadağın

II Liqada 7-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

“Şimal” səfərdə inamlı qələbəyə sevinibsə, “Şəmkir” darmadağınla qalib gəlib. “Şahdağ Qusar” da “Şəki Siti”yə böyük hesabla qalib gəlib.

Bu gün keçirilməli olan “Şəfa” – “Lerik” oyunu isə baş tutmayıb.

“Şahdağ Qusar” – “Şəki Siti” 5:0
Qollar
: Famil Camalov, 11; 20; 82. Tural Qurbatov, 50. Ədilxan Qarəhmədov, 64.
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Rasim Axundov, Rəsul Babayev.

“Qusar” – “Şəmkir” 0:6
Qollar
: Rövşən Şahmuradov, 1. Akif Tağıyev, 10. Cavanşir Cavanşirov, 17. Vidadi Cəfərov, 30; 54; 74.
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov.

“Kür-Araz” – “Şimal” 0:2
Qollar
: Tofiq Nəsibov, 21; 48.
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Maqsud Şamıyev.

“Şəfa” – “Lerik” oyunu baş tutmayıb
Hakimlər: Ruslan Quliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Nazim Abdullayev.

Digər Xəbərlər
Xəbər Lenti