COP29

Pul tapmırlar: "Belə davam etsə, klubumuz fəaliyyətini dayandıracaq"

17 Oktyabr 17:00 II Divizion 1 449
Pul tapmırlar: "Belə davam etsə, klubumuz fəaliyyətini dayandıracaq"

İkinci ildir keçirilən II Liqada ilk dəfə oyun baş tutmayıb.

“Lerik” maliyyə problemi olduğuna görə “Şəfa” ilə bu gün Bakıda keçirilməsi nəzərdə tutulan oyuna gələ bilməyib.

Leriklilər meydana çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət alacaq.

Bu barədə rəsmi qərar İntizam Komitəsinin iclasından sonra açıqlanacaq.

Peşəkar Futbol Liqasından matçla bağlı açıqlama verilib:

“Lerik” maliyyə problemi ilə əlaqədar olaraq Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. PFL prosedura uyğun olaraq, əlaqədar komitələri və “Lerik”in turdakı rəqibini bununla bağlı məlumatlandırıb.

Qaydalara uyğun olaraq, oyun rəsmiləri, “Şəfa” matçın təyin olunduğu vaxtda stadionda olub.

Prosedur olaraq oyunun təyin olunan vaxtdan sonra 30 dəqiqə müddət gözlənilib və daha sonra görüşün baş tutmaması bütün rəsmi şəxslərin protokolunda öz əksini tapıb. Məsələyə AFFA İntizam Komitəsində baxılacaq”.

“Lerik”in İdarə Heyətinin sədri Famil Məmmədov yaranmış problemlə bağlı Sportinfo.az-a açıqlama verib:

“Xatırlayırsızsa, yaxınlarda sizin sayta açıqlama verərək, klubumuzun maliyyə vəziyyətinin çətin olduğunu bildirmişdim.

Maddi cəhətdən çox pis durumdayıq. Oyunlara çıxa bilmirik, müəyyən qədər borclarımız da yaranıb.

Komandamız axır iki turda böyük hesabla məğlubiyyətə uğrayıb. Bunun da bir səbəbi maliyyədir.

Futbolçulara pul verə bilmirik, onlar da çıxıb başqa yerlərə, hətta Region Liqasına getmək istəyirlər. Komanda bir yerdə məşq də edə bilmir.

Növbəti turlarda necə olacaq? Belə davam etsə, klubumuz fəaliyyətini dayandıracaq.

Peşəkar Futbol Liqasının reqlamentinə əsasən, bir komanda mövsüm ərzində iki dəfə oyuna çıxmasa, avtomatik olaraq çempionatdan kənarlaşdırılacaq.

«Şəfa» ilə oyun artıq keçirilmədi. İstəmərik növbəti belə hal baş versin.

Üçüncü ildir əziyyət çəkirik, Lerikdə futbol adına kifayət qədər iş görmüşük.

Öz şəxsi vəsaitimizdən bura kifayət qədər pul xərcləmişik. Ötən müddət ərzində çox adamla görüşdük , zəngləşdik, nəticə olmadı.

Ona görə də məcburiyyət qarşısında qalıb bu addımı atmalı olduq. Çox üzülürük, amma neyləyək, bu hal məhz bizim komandanın başına gəldi».

Digər Xəbərlər
Xəbər Lenti