COP29

"Rayonda pullu adam çoxdur, amma kluba kömək etməmək üçün hərəsi bir bəhanə gətirir"

11:40 II Divizion 1 589
"Rayonda pullu adam çoxdur, amma kluba kömək etməmək üçün hərəsi bir bəhanə gətirir"

Sabah II Liqada 7-ci tura start veriləcək. Hesabat həftəsinin ilk günündə «Şahdağ Qusar» - «Şəki» matçı keçiriləcək.

Görüşün Şamaxı Olimpiya Kompleksində təşkili nəzərdə tutulub.

Lakin bu qarşılaşmanın baş tutması sual altındadır. Uzun müddətdir sponsorsuz qalan Şəkinin eyniadlı təmsilçisi səfərə yollanmaq üçün maliyyə tapmağa çətinlik çəkir.

Klubun prezidenti Elgün Hüseynov vəsait əldə etmək üçün yeni ideya fikirləşib. O, sosial şəbəkə hesabında yazıb:

“Şəki Siti“nin yaşaması və gələcək oyunlara davam edə bilməsi üçün dəstəyinizə ehtiyacımız var.

Mesut Özilin Şəkiyə tarixi ziyarəti şərəfinə çap olunmuş və futbolçu tərəfindən imzalanmış məhdud sayda biletləri simvolik olaraq satışa çıxarırıq.

Hal-hazırda komanda üçün kritik bir mərhələdəyik. Bu bileti əldə etməklə yalnız unikal bir xatirə qazanmış olmursuz, həm də komandanın davamlılığını təmin edərək böyük bir dəstək vermiş olursuz.

Eyni zamanda, “Şəki Siti“nin gələcəyinə öz imzanızı atırsız. Hər bir biletin simvolik qiyməti 100 AZN-dir.

Dəstəyiniz klubumuz üçün həyati əhəmiyyət daşıyır. Gəlin, birlikdə bu komandanı ayaqda tutaq!“.

Elgün Hüseynov saytımıza açıqlamasında bildirib ki, simvolik bileitlərin satışından əldə olunacaq məbləğlə Şamaxıya səfər xərclərini qarşılamağı planlaşdırır:

“Artıq başqa yolumuz yoxdur. İndiyə kimi bir çox şirkətə, imkanlı şəxsə müraciət etmişəm, xeyri yoxdur.

Əslində, Şəki kasıb rayon deyil. Bu rayonda o qədər pullu adam var ki…

Təəssüf ki, heç biri kluba dəstək olmur. Hərəsi bir bəhanə gətirir.

Kimi deyir, klubun adında “Siti“ yazılıb, mən kənddə yaşayıram, qoy, şəhərdəkilər kömək eləsin. Şəhərin imkanlı şəxsləri də deyir ki, mən mərkəzdən bir az aralıda qalıram, adı dəyiş“.

SPORTİNFO.AZ

Xəbər Lenti