COP29

Azərbaycanda bu qapıçı oyun vaxtı “konsert” verdi - VİDEO

14 Oktyabr 23:40 II Divizion 3 580
Azərbaycanda bu qapıçı oyun vaxtı “konsert” verdi - VİDEO

II Liqada altıncı turun ən maraqlı oyunlarından biri Qubada keçirilib.

Medallar uğrunda mübarizə aparan «Hypers» bu rayonda «Göygöl»ü qəbul edib.

Ondan başlayaq ki, qarşılaşma qarşılıqlı hücumlar şəraitində keçməyib. Qonaqlar ev sahiblərinin qapısı önünə yaxınlaşa bilməyib.

Onların ifasında hansısa təhlükəli epizod izləmədik. «Göygöl»ün qapıçısı Pərvin Zeynalov 90 dəqiqə ərzində «konsert» verdi.

Bir onun buraxdığı qolları görün, özünüz hər şeyi başa düşəcəksiz.

Elşən Veysovun 32-ci dəqiqədə cərimə zərbəsindən hesabı açdığı epizodla başlayan «şou-proqram» fasilədən sonra da davam etdi.

Cavid İmamverdiyevlə Nicat Abbasovun toru silkələdiyi fraqmentlərə də baxın, «keyf alacaqsız». Qeyrət Əliyevin fərqləndiyi anı da gözdən keçirin.

Təqribən 30-35 metr məsafədən qapıya zərbə endirən Qeyrətin topuna reaksiyası Pərvinin bir kiper kimi necə «zəif bənd» olmasını göstərdi.

Hətta İkinci Liqada belə, bu cür qapıya güvənmək öz ayağına güllə sıxmaq kimi bir şeydir.

SPORTİNFO.AZ

“Hypers Quba” – “Göygöl” 4:0
Qollar:
Elşən Veysov, 32; Cavid İmamverdiyev, 53; Nicat Abbasov, 62; Qeyrət Əliyev, 83

Quba OİK stadionu. 150 tamaşaçı
Baş hakim: Kamran Əliyev
Baş hakimin köməkçiləri: Orxan İbişov, Rasim Axundov Dördüncü hakim: Nazim Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Rəhim Cəfərov, 79 (qeyri-idman hərəkəti); Qeyrət Əliyev, 79 (qeyriidman hərəkəti) // Elşən Mirzəyev, 31, 77 (qeyri-idman hərəkəti); Çingiz Məmmədov, 70 (qeyri-idman hərəkəti); Fərid Soltanzadə, 79 (qeyri-idman hərəkəti); Samir Məmmədov, 79 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Elşən Mirzəyev, 77
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur.
“Hypers Quba”: 35. Fərman Bayramov 55. Qeyrət Əliyev (49. Valeh Məmmədov, 87) 10. Cavid İmamverdiyev (k) 5. Ramil Əhmədov 19. Nurlan Novruzov 14. İlqar Ələkbərov 11. Nicat Abbasov (57. Nihat Sarıyev, 75) 13. Məqsum Qənbərli 25. Baxşəli Baxşəliyev 7. Elşən Veysov (17. Nail Təhməzli, 87) 44. Rəhim Cəfərov
Ehtiyat oyunçular: 98. Elxan Qasımov
Baş məşqçi: Vüqar Nadirov

“Göygöl”: 99. Pərvin Zeynalov 9. Zahid Sadıxov (44. Rəşid Zeynalov, 84) 14. Ülvi Cəlilov (k) (3. İsmayıl Məmmədov, 84) 97. İsa Bayramov (22. Araz Quliyev, 71) 10. Elcan Rəhimov (11. İntiqam Tağıyev, 71) 20. Fərid Soltanzadə 77. Samir Məmmədov 55. Sənan Həsənov 17. Çingiz Məmmədov 8. Seymur Fərəci 32. Elşən Mirzəyev
Ehtiyat oyunçular: 13. Kənan Əliyev 15. Rəhman Qasımov 66. Elgün Qasımlı
Məşqçi: Bilal Mehdiyev

Xəbər Lenti