COP29

Lənkaranda “TOY” - VİDEO

11 Oktyabr 23:40 II Divizion 1 199
Lənkaranda “TOY” - VİDEO

II Liqada 6-cı tura yekun vurulub.

«Şahdağ» Lənkəranda «Lerik»in qonağı olub.

Çempionatın lideri cənub səfərindən böyükhesablı qələbəylə dönüb. Elnur Abdullayevin çalışdırdığı Qusar təmsilçisi nominal ev sahiblərinin qapısından 7 cavabsız top keçirib.

Hücumçu Famil Camalov yenə qolçuluq bacarığından söz etdirib - o, 4 dəfə fərqlənib. Camalovun hesabı açdığı epizodda Messini xatırladan keçidi diqqət mərkəzinə düşüb.

Tural Qurbatov, Ədilxan Qarəhmədov və İlkin Mikayılov hərəyə 1 dəfə qol sevinci yaşayıb.

Oyun göstərib ki, arada nə boyda səviyyə fərqi var. «Lerik» tamamilə çökmüş vəziyyətdədir, maliyyə problemləri öz işini görməkdədir.

Xala-xətrin qalmasınlar deyə, meydana çıxır, oyunları yola verirlər. Komanda qarşıdakı həftələrdə fəaliyyətini dayandırsa, gözümüz dörd olmamalı, «axı niyə belə…» deyib, çiyinlərimizi çəkməməliyik.

«Lerik»in İdarə Heyətinin sədri Famil Məmmədov tək qalıb, heç kim ona kömək etmir.

SPORTİNFO.AZ

“Lerik” – “Şahdağ Qusar” 0:7
Qollar:
Famil Camalov, 13, 37, 48, 84; Tural Qurbatov, 23; Ədilxan Qarəhmədov, 76; İlkin Mikayılov, 89
Lənkəran OİK stadionu. 30 tamaşaçı
Baş hakim: Şamil İmanzadə
Baş hakimin köməkçiləri: Mirnihad Seyidov, Asif Abdullayev
Dördüncü hakim: Emin Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr
: Sübhan Məmmədli, 30 (qeyri-idman hərəkəti); Elvin Cahangirli, 79 (qeyri-idman hərəkəti) // İlyas Səfərzadə, 65 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur.

“Lerik”: 12. Hafiz Məmmədli 19. Feyruz Bağıyev 17. Fahil Dostiyev (10. Nurlan Əmirzadə, 46) 42. Valid Yusubzadə (k) 6. Sübhan Məmmədli 9. Vidadi Fərzullayev (2. Baləsən Həsənov, 72) 20. Elvin Cahangirli (15. Rəsul Məmmədov, 82) 24. Yusif Yusifzadə (7. Penci Ağazadə, 46) 11. Vasif Fərəcov 3. Mirvaleh Hüseynov 8. Zeynal Axundzadə (14. Murad Əliyev, 76)
Ehtiyat oyunçular: 93. Röyal Əlizadə 1. Cavidan İzzətli 4. Mircavad Ağazadə
Baş məşqçi: Vidadi Hüseynov

“Şahdağ Qusar”: 12. Rafiq Kərimov 15. Nodar Məmmədov 14. Rahid Əmirquliyev (k) (30. İlkin Mikayılov, 67) 11. Tural Qurbatov (21. Ruslan Ağalarov, 59) 19. İlyas Səfərzadə 17. Emin Quliyev (88. Mehdi Rəsulov, 59) 70. Ruslan Hacıyev (7. Salman Atluxanov, 73) 9. Famil Camalov 4. Rubin Seyidov 71. Cavid Quliyev (38. Said Əliyev, 67) 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 1. Babək Allahverdiyev 99. Elmar Əzizov 8. Fərman Qənbərov 44. Afin Bağırov 6. Vüsal Hüseynov 10. Mehman Məsimov 55. Firuz Əhmədov
Baş məşqçi: Elnur Abdullayev

Xəbər Lenti