COP29

Belə komanda olar, elə bil, qəsdən uduzurlar - VİDEO

10 Oktyabr 23:40 II Divizion 954
Belə komanda olar, elə bil, qəsdən uduzurlar - VİDEO

II Liqada 6-cı tura yekun vurulub.

«Saatlı-Araz» Şirvanda «Qusar»ı qəbul edib.

Oyunun əvvəli tamam fərqli tamam fərqli ssenaridən xəbər verirdi.

Qusarın eyniadlı komandası ilk dəqiqələri hücumda keçirir, daha inamlı təsir bağışlayırdı. Qol epizodları yaradan qonaqların hesabı açacağı gözlənilirdi, əksi baş verdi.

Elariz Xəlilli 30-cu dəqiqədə nominal ev sahiblərinin ilk qolunu vurdu. Bununla Saatlı təmsilçisi darmadağının əsasını qoydu.

Rəqibi əks-hücumda yaxalamaq taktikası özünü doğrultdu. Həmzə Əliyev oxşar vəziyyətdə qapıçıyla üzbəüz qalaraq, fərqi artırdı.

Fasilədən qayıdandan sonra meydanda yalnız «Araz» görünürdü. «Qusar» harada qalmışdı, bilinmədi.

Şimallılar fiziki cəhətdən tükənmişdi. Heç kim topun arxasınca qaçmırdı. Müdafiədə yol verilən səhvlər isə bir-birini əvəzləyirdi.

Şəhriyar Məmmədovun çalışdırdığı kollektiv belədə daha 3 dəfə qol sevincinin məstini yaşadı.

Düşünülmüş taktiki gedişlər nəticəsində «Qusar»ın qapısına yol tapan «Araz» övsüm ərzində üçüncü qələbəsini rəsmiləşdirdi və turnir cədvəlində 5-ci pilləyə yüksəldi.

Aktivində cəmi 2 xal olan «Qusar» 13-cü sırada qalıb.

SPORTİNFO.AZ

“Saatlı-Araz” - “Qusar” 5:0
Qollar:
Elariz Xəlilli, 30, 50; Həmzə Əliyev, 40; Xəyal Bədirov, 54, 81
Şirvan OİK stadionu. 20 tamaşaçı
Baş hakim: Murad Səlimov
Baş hakimin köməkçiləri: Qəzənfər Məmmədov, Taleh Məmmədov
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Sarı vərəqələr: Ramiz Qasımov, 16 (qeyri-idman hərəkəti) // Firudin Ağalarov, 53 (qeyriidman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə - yoxdur.

“Saatlı-Araz”: 1. Ümüd Cəfərov (12. Teymur Hüseynov, 83) 9. Nurlan İsayev 19. Rəsul İbrahimov 7. Xəyal Bədirov (k) 5. Qurban Hüseynov 15. Cavid Əliyev 17. Elariz Xəlilli 11. Kamran Yolçiyev (49. Pərviz Eyvazov, 83) 6. Həmzə Əliyev (24. Ülvi Əvəzov, 89) 44. Ramiz Qasımov (14. Abdulla Köngülov, 81) 4. Loğman Əliyev
Ehtiyat oyunçular: 66. Turqut Mustafazadə
Baş məşqçi: Şəhriyar Məmmədov

“Qusar”: 22. İmran Məhərrəmov 15. Firudin Ağalarov (k) 37. Faik Ağakərimov 21. Orxan Qurbanlı 88. Turan Babayev 17. Elnur Dəmirli 7. Kazbək Qafarov 9. Kamal Həsən-pur 8. Əsgər Hümbətov (16. Denis İsmixanov, 61) 99. Manaf Bədəlov 30. Ruslan Kiçibəyov (38. Tərlan Salmanov, 46)
Ehtiyat oyunçular:
Baş məşqçi: Emin Əmiraslanov

Xəbər Lenti