COP29

Azərbaycanda belə bir qol… Gözünüz dörd olacaq! - VİDEO

9 Oktyabr 23:40 II Divizion 649
Azərbaycanda belə bir qol… Gözünüz dörd olacaq! - VİDEO

II Liqada altıncı həftə arxada qalıb.

Son turlar məğlubiyyətləri sıralayan «Füzuli» Şamaxıda «Kür-Araz»ı qəbul edib.

Qarabağı təmsil eləyən komanda yenə yenilgidən qaça bilməyib.

Hesabı elə onların açmasına baxmayaraq. «Qarabağ»ın yetirməsi Fuad Məmmədzadə 16-ci dəqiqədə cinah ötürməsini yaxın məsafədən qapıdan keçirib.

Buna kimi və bundan sonra da qol epizodu yaxalamış nominal ev sahibləri şansdan yararlana bilməyib. Əvəzində qonaqların «ayağı açılıb».

38-ci dəqiqədə Ramazan Abbasov cərimə zərbəsindən hesaba tarazlıq gətirib.

İki dəqiqə sonra Elxan Məmmədov fərqlənib. Yenə 2 dəqiqə keçmiş Cavidan Musazadə başla toru silkələyib.

Bu da son olmayıb. Psixoloji üstünlüyə yiyələnmiş İmişli komandası fasilədən sonra da «qol yürüşü»nü davam etdirib.

63-cü dəqiqədə Fəzail Şirxanzadə «qayçı» vuruşu ilə stadiona toplaşmış azsaylı azarkeşlərin alqışını qazanıb.

20 yaşlı yarımmüdafiəçi bu qolu Premyer Liqada vursaydı, şübhə etmirik ki, elçiləri evinin qapısının önündən əskik olmazdı.

SPORTİNFO.AZ

“Füzuli” – “Kür-Araz” 1:4
Qollar:
Fuad Məmmədzadə, 16 // Ramazan Abbasov, 38; Elxan Məmmədov, 40; Cavidan Musazadə, 42; Fəzail Şirxanzadə,63
Şamaxı OİK stadionu. 30 tamaşaçı
Baş hakim: Namiq Bəkirov
Baş hakimin köməkçiləri: Səbuhi Əmrahov, Səbuhi Soltanov
Dördüncü hakim: Elçin Abdullayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Elvin Yunusov, 37, 45 (qeyri-idman hərəkəti) // Əli İbrahimli, 88 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Elvin Yunusov, 45
63 Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur.

“Füzuli”: 1. Məhərrəm Məmmədli 7. Ruslan Poladov (4. Murad Mehdiyev, 80) 17. Nahid Mehrəliyev (44. Elmir Xəlilov, 78) 10. Vüsal Tahirov (k) 88. Kənan Məmmədov 3. Vurğun Həsənzadə (18. Fərhad Salamzadə, 46) (9. Mübariz Hüseynzadə, 73) 11. Fuad Məmmədzadə 91. Bayram Nurizadə (21. Samur-Xan Aslanxanov, 73) 23. Süleyman Piriyev 8. Elvin Yunusov 6. Nihad Ağayev
Ehtiyat oyunçular: 25. Şaməddin Rüstəmov

Məşqçi: Xəqani Quliyev

“Kür-Araz”: 99. Əmrah Zülfüqarlı (1. Şöhlət Rəhimov, 76) 11. Ramazan Abbasov (16. Əli İbrahimli, 80) 14. Elnur Məmmədov (k) 8. Cavidan Musazadə 9. Elxan Məmmədov (4. Fərid Oruczadə, 70) 18. Nicat Fərəcli 77. Museyib Vəlizadə 15. Babək Yaqublu 5. İlkin Hüseynli 7. Fəzail Şirxanzadə 3. Eltun Həsənli (6. Ağasən Əsgərov, 70)
Ehtiyat oyunçular:
Baş məşqçi:
Üzeyir Sefizadə

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 18:10 Çək və bizə göndər!
9 Oktyabr 11:20 Bal kimi QAZANC!
9 Oktyabr 07:20 Sual və NİDA... FOTO
9 Oktyabr 03:40 Atasının qızı - FOTOLAR