COP29

“Şəmkir”in bir atımlıq “barıt”ı var imiş... VİDEO

8 Oktyabr 23:40 II Divizion 421
“Şəmkir”in bir atımlıq “barıt”ı var imiş... VİDEO

II Liqada altıncı tura yekun vurulub.

Son turlar uğursuzluğa düçar olan «Şəmkir» doğma rayonda «Şəfa»nı qəbul edib.

Çempimonluğa əsas favoritlərdən göstərilən paytaxt təmsilçisi qərb bölgəsinə səfərdən qalibiyyətlə dönüb.

Onlar ev sahiblərinin qapısından 2 cavabsız keçirib. Hər iki qol ikinci hissədə vurulub.

Düzdür, onlar 34-cü dəqiqədə hesabı açmağa müvəffəq olmuşdu. Di gəl, Elgün Abbaslınin fərqləndiyi epizodda onun qapıçı Novruz Rəhimova toxunuşu baş hakim İslam Məmmədov tərəfindən qayda pozuntusu kimi qiymətləndirildi.

Epizod qeydə alınsaydı, kuryoz qol kimi yaddaşlara keçəcəkdi.

Elgün bunun acığını 51-ci dəqiqədə çıxdı. Onun təqribən 25 metr məsafədən qapıya ünvanladığı top uzaq «doqquzluğ»a daxil oldu.

Bu, «Şəfa»nın qazanmaq istəyinin təzahürü idi. Kələ-kötür, yaşıllıqdan əsər-əlamət qalmayan meydan «Şəmkir»ə daha yaxşı tanış olsa da, qonaqlar fərdi bacarıq hesabına onlara göz açdırmırdı.

Bir qədər sonra Elvin Nəsibov «ağlar»ı meydanın mərkəzinə dəvət etdi.

«Şəmkir»li müdafiəçilərin top itkisindən sonra «çərçivə»ni nişan alan hücumçunu qapıçı Rəhimovun səhvi sevindirdi. «Yuvarlaq meşin» kiperin qoltuğunun altından tora yön aldı.

«Şəfa» bu qələbə sayəsində xallarının sayını 16-a çatdırıb və turnir cədvəlində ikinci yerə yüksəlib. «Şəmkir» 9 xalla altıncı pillədədir.

SPORTİNFO.AZ

“Şəmkir” – “Şəfa” 0:2
Qollar: Elgün Abbaslı, 51; Elvin Nəsibov, 65
Şəmkir OİK stadionu. 70 tamaşaçı
Baş hakim: İslam Məmmədov
Baş hakimin köməkçiləri: Elmin Süleymanov, Zakir Şükürzadə
Dördüncü hakim: Maqsud Şəmiyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Sahib Cümşüdov, 15 (qeyri-idman hərəkəti); Sehran Abbasov, 18 (hakimin qərarına etiraz); Cavid Abbasov, 46 (qeyri-idman hərəkəti) // Gülalı Mehrəliyev, 59 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 3 dəq.

“Şəmkir”: 1. Novruz Rəhimov (k) 10. Akif Tağıyev 20. Cavid Abbasov 17. Elnur Mustafazadə 11. Rövşən Şahmuradov 7. Sahib Cümşüdov 9. Vidadi Cəfərov 23. Cavanşir Cavanşirov 22. Ənəs Şabanov 5. Sehran Abbasov (8. Əli Tağızadə, 66) 15. Ümid Nağdalıyev (14. Surac Şahbazov, 66)
Ehtiyat oyunçular: 44. Elşad Mirzəyev 3. Kamran Kərimov 2. Əyyub Cabbarov 4. Kənan İbişov 6. Kərəm Əhmədli 19. İsmayıl Əskərov
Baş məşqçi: Ceyhun Əhmədov

“Şəfa”: 13. Əli Həsənli 25. Qərib İbrahimov (k) 21. Novruz Məmmədov 70. Elgün Abbaslı (18. Rəsul Əliyev, 87) 88. Aqşin Paşayev (10. Rauf Məhərrəmov, 76) 17. Hüseyn Əliyev 32. Elməddin Hüseynzadə (11. Nurlan Şabanov, 66) 34. Elmin Əskərli (97. Cavad Bağırov, 87) 7. Elvin Nəsibov (9. Röyal Nəcəfov, 76) 77. İbrahim Aslanlı 27. Gülalı Mehrəliyev
Ehtiyat oyunçular: 12. Rafiq Həsənov 6. Ceyhun Cavadov 28. Ülvi Quliyev 8. Elçin Rəhimli 99. Muhəmməd Məmmədli 2. Ratmir Kavtunov
Baş məşqçi: Nadir Əliyev

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 04:00 UEFA-dan növbəti təyinat