COP29

Azərbaycanda yarıqaranqlıq stadionda futbol və seyv(lər) - VİDEO

4 Oktyabr 23:40 II Divizion 360
Azərbaycanda yarıqaranqlıq stadionda futbol və seyv(lər) - VİDEO

II Liqada 5-ci tur başa çatıb.

"Göygöl" doğma meydanda "Şəki Siti"ni qəbul edib.

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı qonaqlar açıb. Elçin Ramazanov topu cərimə meydançasının xətti üzərindən qapının sağ küncünə fırladıb.

Bundan sonra hücumları artıran göygöllülər 29-35-ci dəqiqələr aralığında hesabı öz xeyirlərinə dəyişib. Öncə Elcan Rəhimov, ardınca Ülvi Cəlilov müdafiə xəttində yol verilən boşluqları dəyərləndirib.

Fasilədən sonra matç daha gərgin keçib. Hər iki tərəf qol üçün irəli atılıb. Təhlükəli epizodların sayı 10-a çatıb.

Amma yarıqaranlıq stadionda növbəti qolu vurmaq tərəflərə qismət olmayıb.

Şübhəsiz, «Şəki»nin qapısında həmin gün Elnar Şabanov dayanmasaydı, tam fərqli hesab qeydə alınardı. O, dəfələrlə rəqib hücumçuların önünü təkbaşına kəstb, biabırçı məğlubiyyətin qarşısını alıb.

Xallarını 7-yə yüksəldən "Göygöl" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Bütün oyunlarda uduzan "Şəki Siti" isə sonuncu yerdədir.

“Göygöl” – “Şəki Siti” 2:1
Qollar: Elcan Rəhimov, 29. Ülvi Cəlilov, 35 – Elçin Ramazanov, 18.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq