II Liqada 5-ci tura yekun vurulub.
"Şəfa" Bakıda "Saatlı-Araz"ı qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Elvin Nəsibov 10-cu dəqiqədə hesab pərdəsini qaldırıb. Hücumçu 2 metrdən başla fərqlənib.
Elgün Abbaslı 51-ci dəqiqədə komandasının ikinci qolunu vurub.
Bu qola diqqət – yarımmüdafiəçi cərimə meydançasının həndəvərindən qapıya elə zərbə endirib ki, gəl görəsən! Zəka qolu bax beləsinə deyərlər!
Saatlı kollektivi 68-ci dəqiqədə Elariz Xəlilli ilə sevinib. Son anda oyundankənar vəziyyətə düşməyən forvard sürətlə cərimə meydançasına daxil olub və qapının uzaq küncünü nişan alıb.
“Şəfa” qonaqları bir daha 77-ci dəqiqədə mçeydanın mərkəzinə dəvət edib. Ülvi Quliyev penaltini qola çevirməklə yekun nöqtəni qoyub.
Xallarını 13-ə yüksəldən "Şəfa" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 7 xalı olan "Saatlı-Araz" isə 6-cı yerdədir.
SPORTİNFO.AZ
"Şəfa" - "Saatlı-Araz" 3:1
Qolar: Elvin Nəsibov, 10. Elgün Abbaslı, 51. Ülvi Quliyev, 77-pen – Elariz Xəlilli, 68.