COP29

Bu qollar heç Premyer Liqada vurulmur - VİDEO+FOTOREPORTAJ

2 Oktyabr 23:40 II Divizion 195
Bu qollar heç Premyer Liqada vurulmur - VİDEO+FOTOREPORTAJ

II Liqada 5-ci tura yekun vurulub.

"Şahdağ Qusar" Şamaxıda "Şəmkir"i qəbul edib.

Qarşılaşma Rahid Əmirquliyevin kapitan sarğısını daşıdığı şimallıların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qusar komandasının sağ cinahdan təşkil etdiyi hücum zamanı Kərəm Əhmədlinin ayağına dəyib istiqamətini dəyişən top toru silkələyib.

Avtoqol «Şəmkir»i hərəkətə gətirib, ardıcıl iki hücumda hesabı bərabərləşdirməyə yaxın olub.

Digər qollar fasilədən sonra vurulub. Tural .Qürbətov 51-65-ci dəqiqələr aralığında dubla imza atıb.

«Bakı»nın yetirməsi olan hücumçu fərqləndiyi ilk epizodda topla reydini məntiqi sonluğuna çatdırıb. O, künc zərbəsindən havalandırılan «yuvarlaq meşin»i də başla qapıdan keçirməyə çətinlik çəkməyib.

Ümumiyyətlə, ikinci yarıda «Şəmkir» meydanda görünməyib. Ceyhun Əhmədovun çalışdırdığı komanda yetərincə zəif təsir bağışlayıb, rəqibə müqavimət göstərməyib.

Hər baxımından nominal ev sahiblərindən geri qalan qərblilər yalnız topsuz hərəkət edib, mərkəzi keçməyə çətinlik çəkib.

«Şahdağ» bu təslimiyyətdən öz xeyrinə istifadə eləyib, daha iki dəfə qol sevinci yaşayıb.

Beləcə, xallarını 15-ə yüksəldən "Şahdağ Qusar" liderliyini sürdürüb. 9 xalı olan "Şəmkir" isə 5-ci yerdədir.

"Şahdağ Qusar" - "Şəmkir" 5:0
Qollar:
Kərəm Əhmədli (avtoqol) 11, Tural .Qürbətov, 51, 65, Ruslan Ağalarov, 67, İlkin Mikayılov, 78

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 18:10 Çək və bizə göndər!
2 Oktyabr 02:50 Yığmamız ruslara uduzdu