COP29

Azərbaycanda bu komandanın qapıçısı olmasaydı… VİDEO

1 Oktyabr 23:40 II Divizion 668
Azərbaycanda bu komandanın qapıçısı olmasaydı… VİDEO

II Liqada V tura start verilib.

"Qusar" Sumqayıtda "Şimal"ı qəbul edib. Şimal derbisi bu adı daşıyan qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Əvvəla, deyək ki, oyun statusuna uyğun keçməyib. Top əsasən «Qusar»ın qapısı ağzında var-gəl edib.

Region Liqasının qalibi olaraq çempionatda iştirak haqqı qazanan Xaçmaz təmsilçisi nominal ev sahiblərindən qat-şat üstün təsir bağışlayıb.

Bunu yalnız hesab göstərmir. Əgər qusarlıların qapısında İmran Məhərrəmov dayanmasaydı, «Şimal» 6-7 top fərqlə qalib gələcəkdi.

Kiper o qədər «ölü top» çıxardı, axırda özü də yoruldu.

Kamran Əlibabayevin de-fakto baş məşqçisi olduğu «Qusar» pis gündədir. Deyəsən, komanda gündəlik məşq keçmir, oyun günü yığışır.

Futbolçuları çox ağır təsir bağışlayır, sanki bir KAMAZ daş daşıyandan sonra meydana çıxırlar.

Oyunboyu rəqib qapısına bir sanballı hücum təşkil etmədilər. Top nadir hallarda ayaqlarına dəyirdi. Zərbə vurmağa heyləri yox idi.

Xallarını 9-a yüksəldən "Şimal" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 2 xalı olan "Qusar" isə 12-ci yerdədir.

"Qusar" - "Şimal" 0:3

Qollar: Şahlar Sədiyev 17, 39, Elmar Babayev 72

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti