COP29

ŞOK AÇIQLAMA! “Çoxlu borc almışam, klubun maliyyə vəziyyəti pisdir, başçı kömək eləmir”

1 Oktyabr 13:40 II Divizion 2 924
ŞOK AÇIQLAMA! “Çoxlu borc almışam, klubun maliyyə vəziyyəti pisdir, başçı kömək eləmir”

«Maliyyə vəziyyətimiz pisdir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Şəki Siti»nin prezidenti Elgün Hüseynov deyib.

II Liqada yarışan klubun rəhbəri yeni mövsümə uğursuz başlamalarının səbəbini bununla əlaqələndirib.

İlk dörd turda məğlubiyyətləri sıralamalarını şəraitsizliklə bağlayan Hüseynov bildirib ki, müraciət etdiyi dairələrin heç birindən dəstək almaq mümkün olmayıb:

«Çempionatı yarımçıq dayandırmaq söhbəti yoxdur. Çalışacağıq ki, mövsümün sonunadək fəaliyyətimizi davam etdirək.

Pis, yaxud yaxşı. Buna imkan vermək istəmirəm.

Çünki klubun üzərində neçə illik zəhmətim var. Rayonumuzun icra başçısı Elxan Usubov futbola heç vaxt dəstək olmayıb.

Mən ən azından 7 ildir çalışıram ki, Şəkidə futbolu inkişaf etdirim. Bu 7 ildə onun tərəfindən komandaya maddi və mənəvi heç bir dəstək olmayıb.

Keçən il iş adamı var idi, yanvavr ayınadək bizə kömək elədi. Komandanı otellə təmin eləmişdi, futbolçular orada həm qalır, həm də qidalanırdılar.

Onda komanda daim məşq edirdi. yanvardan sonrakı mərhələni mən yalnız öz gücümə apara bildim. Amma çoxlu borclandım.

İndi artıq bu yükün altına girmək istəmirəm. Komanda oyundan-oyuna toplaşır və gəlib-gedir. Onları bir yerdə saxlaya bilmirəm ki, qalıb gündəlik məşq eləsinlər.

Zəif çıxış etməyimizin əsas səbəblərindən biri budur. Bakıdan, Qəbələdən, Zaqataladan və başqa yerlərdən gələn futbolçularımız var.

Yenə də dəstək kampaniyasını başlatmaq fikrindəyəm. 200 min nəfər əhalisi olan rayonda yaşayırıq.

Hər oyunda, heç olmasa, 3500 adam 1 manatlıq bileti alsa, biz də bizə dəstəkdir. Düzdür, oradan yığılacaq məbləğ o qədər də böyük deyil, amma bu pulla komandanın vəziyyətini nisbətən yaxşılaşdıra bilərəm.

Heç olmasa, orta yerlər uğrunda mübarizə apararıq. Hələlik bu da yoxdur.

Şəki idman şəhəri deyil. Brada belə məsələlər çətndir.

Adamları futbola cəlb eləmək asan deyil. İndiyədək bir neçə kampaniya keçirmişik, o səviyyədə faydası olmayıb.

Rəsmi qurumlardan dəstək yoxdur deyə, belədir. Əslində, çox yaxşı olar, məktəblərə bilet satmağa icazə verilsə.

Təşkilatlar, idarələr bilet alsa, komandanın vəziyyəti yaxşılaşar. İndi bunların heç biri yoxdur.

Hər oyun 400-500 bilet satmağa çalışırıq, ondan gələn pulun da yarısı Təcili Tibbi Yardıma gedir. Qalanı da heç bir xərcimizə çatmır. Çalışacağıq ki, komanda dağılmasın».

Digər Xəbərlər
Xəbər Lenti