COP29

“Maliyyə dəstəyi almasaq, klubun fəaliyyətini dayandırmaq məcburiyyətində qalacağıq”

15:00 II Divizion 438
“Maliyyə dəstəyi almasaq, klubun fəaliyyətini dayandırmaq məcburiyyətində qalacağıq”

“Hazırda ciddi maliyyə çətinlikləri ilə üz-üzəyik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Lerik”in İdarə Heyətinin sədri Famil Məmmədov deyib.

II Liqada mübarizə aparan cənub klubu hazırda çətin günlər yaşayır. Yeni mövsümün startından cəmi 4 həftə keçsə də, “göylər” indidən “problem burulğanı”na düşüb.

F.Məmmədovun bildirdiyinə görə, əsas çətinlikıər maliyyə çatışmazlıqları ilə bağlıdır:

“Səfərə getmək və futbolçuların minimal aldığı ödənişləri ödəməyə belə çətinlik çəkirik. Maliyyə çatışmazlığı uzun müddətdir ki, klubun normal şəkildə fəaliyyət göstərməsinə əngəl törədir.

Futbolçularımızın hazırlıq prosesi və ümumi struktur üçün lazım olan xərcləri qarşılamaq getdikcə çətinləşir. İndiyə qədər müxtəlif mənbələrdən dəstək almağa çalışmışıq, amma nəticə ürək açan deyil”.

Hazırki durumda klub ən az həftəlik olaraq 1500- 2000 manat maliyyə lazımdır. Bu xərcləri qarşılamaq üçün mütləq əlavə maliyyə dəstəyi tələb olunur:

“Rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq edirik və onların bizə göstərdiyi dəstəyə görə minnətdarıq.

Hətta Futbolun İnkişaf Fondu ilədə əlaqədəyik, lakin bu əməkdaşlıqlar maliyyə məsələlərinin həllinə kifayət etmir və mövcud çətinliklər davam edir”.

Əgər klub yaxın zamanda zəruri maliyyə dəstəyini ala bilməsə, fəaliyyətini dayandırmaq məcburiyyətində qala bilər. O, həm dövlət qurumlarını, həm də sahibkarları “Lerik”ə dəstək olmağa çağırıb:

“Futbol yalnız idman deyil, həm də bölgələrimizin sosial inkişafına töhfə verən bir vasitədir. Ümid edirik ki, bu çətin günlərdən güclü çıxacaq və azarkeşlərimizi sevindirməyə davam edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti