II Liqada dördüncü tura yekun vurulub.
Çempionatın ortabablarından sayılan "Kür-Araz"la "Qusar" Saatlıda üz-üzə gəlib.
Görüş kifayət qədər baxımlı keçib. Qapılar önündə o qədər qol epizodu yaranıb, sayıb qurtarmaq olmaz.
Dörd yox, 14 qol vurula bilərdi burada. Hər iki tərəfdən qapıçı qurtarışları, dirəkdən, tirdən dönən toplar, qapı xətti üstündən uzaqlaşdırılan zərbələr…
Bu qarşılaşmanı izləməyən uduzub. Liqaya yaraşan matç sayıla bilər.
Kazbek Qafarovun hesabı bərabərləşdirdiyi epizodu da görməyə dəyər. Qusarlı hücumçu təqribən 30 metr məsafədən qapının yaxın «doqquzluğ»unu dəqiq nişan almaqla, baxımlı qola imza atıb.
«Kür-Araz»dan danışası olsaq, mütləq ki, Ramazan Abbasovun adını çəkməliyik. «Bakı»nın yetirməsi yenidən qayıtdığı komandanı yenə xilas etdi.
Yarımmüdafiəçi «Şəfa» ilə ötən görüşdəkimi kimi, bu dəfə də bərabərlik qolunu vurdu.
Həm də necə! Uzun ötürməni qəbul edən vinger cərimə meydançasına daxil olub və qapıçının qolunun altından tora yol tapıb.
SPORTİNFO.AZ
"Kür-Araz" - "Qusar" 2:2
Qollar: Elxan Məmmədov, 3; Ramazan Abbasov, 43 // Kazbək Qafarov, 20; Faik Ağakərimov, 34