II Liqada 4-cü turun oyunları keçirilib.
Çempionatın debütantı "Şimal" Siyəzəndə "Şəfa"nı qəbul edib.
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Nadir Əliyevin çalışdırdığı qonaqlar matçın əvvəlində 3 xalın taleyini həll edib.
İlk dəqiqələrdən irəli atılan paytaxt təmsilçisi öncə Elmin Əskərlinin baş zərbəsiylə hesabı açıb. 18-ci dəqiqədə isə Aqşin Paşayev yaxın məsafədn Ağaseyid Qasımovu məyus eləyib.
Xaçmaz komandası hesab arasındakı fərqi azaltmaq üçün fasiləyədək bir neçə cəhd göstərib.
Pirverdi Seyidov belə fürsətlərdən birində «çərçivə»yə düşə bilməyibsə, digər epizodda Ceyhun Kəlbəliyevin zərbəsi qapının yanından keçib.
«Şimal» ikinci hissədə yorğun təsir bağışlayıb və məğlubiyyətlə barışıb. Qapısından daha çox qol buraxmaq istəməyən nominal ev sahibləri, beləcə, ardıcıl ikinci məğlubiyyətini alıb.
Xallarını 10-a yüksəldən "Şəfa" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 6 xalı olan "Şimal" isə 6-cı yerdədir.
SPORTİNFO.AZ