COP29

“Şahdağ” I Liqaya “gəlirəm, gözlə məni” deyir – Regiondan VİDEO+FOTOLAR

24 Sentyabr 17:40 II Divizion 641
“Şahdağ” I Liqaya “gəlirəm, gözlə məni” deyir – Regiondan VİDEO+FOTOLAR

II Liqada 4-cü tura start verilib.

"Saatlı-Araz" Şirvan şəhərində "Şahdağ Qusar"ı qəbul edib.

Qarşılaşma şimal bölgəsi təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun gedişi ilə nəticənin üst-üstə düşdüyünü söyləməliyik. Nominal ev sahiblərindən daha istəkli görünən qonaqlar 2 yox, daha artıq qol vura bilərdi.

Hərçənd «Araz» müdafiədə çoxluq yaratmaqla, onların işini çətinə salmağı qarşısına məqsəd qoymuşdu.

Şəhriyar Məmmədovun çalışdırdığı komandanın qələbə qazanmaq niyyəti yox idi, maksimum məqsədləri 1 xal qoparmaq idi.

39-cü dəqiqədə onların planları pozuldu. Famil Camalova qarşı kobudluğa görə təyin edilən penaltini qola çevirən Ədilxan Qaraəhmədov hesab pərdəsini araladı.

Fasilədən sonra da «Şahdağ»ın ifasında müxtəlif hücumlar izlədik. Ara-sıra irəli atılan «Araz»dan fərqli olaraq, qusarlılar düşünülmüş həmlələrlə qol arayırdı.

Bir epizodda penaltiləri verilməsə də, Ruslan Ağalarov 69-cu dəqiqədə toru silkələməyə fürsət tapdı.

Xallarını 12-yə yüksəldən "Şahdağ " turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. 7 xalı olan "Saatlı-Araz" isə 3-cü yerdədir.

SPORTİNFO.AZ

"Saatlı-Araz" - "Şahdağ Qusar" 0:2
Qollar:
Ədilxan Qaraəhmədovv, 39 (pen), Ruslan Ağalarov, 69

Xəbər Lenti