COP29

Pərviz Messi ola bilmədi, bu qola da söz yox… VİDEO

22 Sentyabr 23:45 II Divizion 346
Pərviz Messi ola bilmədi, bu qola da söz yox… VİDEO

II Liqada üçüncü tura yekun vurulub.

İlk iki həftədə qələbə qazanan «Şahdağ»la «Şimal» Şamaxıda üz-üzə gəlib.

Şimal derbisi kifayət qədər gərgin keçib. Oyunu əsasən cinahlardan quran komandalardan öncə «Şimal» fərqlənib.

Belə hücumların birində önünə düşən topu ayağında rahatlayan Pirverdi Seyidov 20-ci dəqiqədə hesabı açıb. Onun cərimə meydançasının önündən «çərçivə»yə istiqamətləndirdiyi zərbə baxımlı alınıb.

Qusar təmsilçisi bundan ruhən sıxılmayıb. Fasiləyə yaxın cərimə zərbəsindən havalandırılan «yuvarlaq meşin»ə başla toxunan Tural Qürbətov hücumçu keyfiyyətini gözlər önünə sərib.

İkinci yarı da təhlükəli epizodlar sarıdan kasad keçməyib. Ədilxan Qaraəhmədov penalti nöqtəsinə yaxınlaşanda dəqiqələr artıq 80-i nişan verirdi.

Ötən mövsüm həm «Səbail»in, həm də «Kəpəz»in heyətində yer almış yarımmüdafiəçi Rahid Əmirquliyevə qarşı kobudluğa görə təyin edilmiş «onbirmetrə»ni qaçırmayıb.

Bu da son olmaya bilərdi. İşdir, Pərviz Azadov cərimə meydançası daxilində iki müdafiəçini Messisayaq fintlə keçəndən sonra qapıya doğru dəqiq zərbə endirsəydi, status-kvo bərpa olunacaqdı.

SPORTİNFO.AZ

Şamaxı OİK stadionu. 20 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Sənan Atayev, Aydın Bəxşiyev
Dördüncü hakim: Sənan Bayramzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Vüsal Hüseynov, 90+3 (qeyri-idman hərəkəti) // Sabir Əlişan, 74 (qeyri-idman hərəkəti); Emin Əskərov, 79 (hakimin qərarına etiraz); İqrar Səmədov, 90+1 (hakimin qərarına etiraz)
Qollar: Tural Qurbatov, 38; Ədilxan Qarəhmədov, 80 (p.) // Pirverdi Seyidov, 20
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

“Şahdağ Qusar”

12. Rafiq Kərimov
15. Nodar Məmmədov
14. Rahid Əmirquliyev (k)
88. Mehdi Rəsulov
(10. Mehman Məsimov, 75)
11. Tural Qurbatov
(21. Ruslan Ağalarov, 75)
19. İlyas Səfərzadə
70. Ruslan Hacıyev
(17. Emin Quliyev, 68)
9. Famil Camalov
(6. Vüsal Hüseynov, 85)
4. Rubin Seyidov
71. Cavid Quliyev
77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular:

1. Babək Allahverdiyev
99. Elmar Əzizov
8. Fərman Qənbərov
7. Salman Atluxanov
44. Afin Bağırov
30. İlkin Mikayılov
55. Firuz Əhmədov
38. Said Əliyev
Baş məşqçi: Elnur Abdullayev

“Şimal”

12. Ağaseyid Qasımov
18. Tural Cəlilov (k)
10. Elmar Yəhyabəyov
5. İqrar Səmədov
7. Emin Əskərov
14. Sabir Əlişan
16. Amil Məmmədov
27. Pərviz Azadov
44. Tofiq Nəsibov
8. Pirverdi Seyidov
77. Ceyhun Kəlbəliyev
Ehtiyat oyunçular:
1. Natiq Daşdəmirli
17. Cavad Hacıyev
13. Qeybulla Kaçayev
4. Ülvi Zeynalov
6. Məhəmməd Ağayev
15. Elmar Babayev
25. Tərlan Vəlimətov
Baş məşqçi: Rəcəb Mahmudov

Xəbər Lenti