COP29

Komandanın kapitanı özünə əsəbiləşdi, başını qapı dirəyinə çırpdı - VİDEO

21 Sentyabr 17:40 II Divizion 547
Komandanın kapitanı özünə əsəbiləşdi, başını qapı dirəyinə çırpdı - VİDEO

II Liqada üçüncü tura yekun vurulub.

Mövsümə yaxşı başlayan «Hypers» Qubada növbəti matçına çıxıb.

Debütant «Lerik»lə qüvvələrinə nisbətinə aydınlıq gətirib və böyük hesabla qalib gəlib. Cavid İmamverdiyev dubla imza ataraq, ümumi qollarının sayını 5-ə çatdırıb və bombardirlər yarışmasına qoşulub.

«Bakı»dan tanıdığımız Nurlan Novruzov da ilk oyununda adını iki dəfə tabloya yazdırıb.

6:0-ı görüb belə təsəvvür yarana bilər ki, oyun birqapıya gedib.

Düzdür, «Hypers» ilk dəqiqələrdən ərazi üstünlüyünü ələ alıb, irəli xətdə fəal təsir bağışlayıb, ancaq «Lerik»in də əl-qolunu yanına saldığını, müqavimətsiz təslim olduğunu deyə bilmərik.

Cənub təmsilçisi birinci hissədə, həmçinin fasilədən sonrakı ilk 10-15 dəqiqə ərzində fərqlənmək üçün bir neçə əla fürsət yaxalayıb.

Elvin Cahangirli və Fahil Dostiyevin qaçırdığı epizodları nəzərə almalıyıq. Ümumiyyətlə, ev sahiblərinin qapıçısı Elxan Qasımovun da bəzi anlarda komandasını qoldan xilas elədiyini söyləyək.

«Lerik» müdafiə zonasında fərdi səhvlərlə yadda qalmasaydı, hesab heç belə biabırçı həddə çatmayacaqdı. Hətta Novruzovun 63-cü dəqiqədə fərqləndiyi epizodda Valid Yusubzadənin səhvini gözardı etməməliyik.

Kapitanın ayağına dəyib qapıçı Hafiz Məmmədlini yanıldan topa qapı xəttinin üzərində yetişən Nurlan karyerasının ən asan qoluna imza atdı. Əsəbiləşən Valid isə başını qapı dirəyinə çırpmaqdan saxlaya bilmədi.

SPORTİNFO.AZ

Quba OİK stadionu. 400 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Mirnihat Seyidov, Asif Abdullayev
Dördüncü hakim: Nazim Abdullayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Ramil Əhmədov, 24 (hakimin qərarına etiraz); Nail Təhməzli, 87 (qeyri-idman hərəkəti) // Elvin Cahangirli, 15 (qeyri-idman hərəkəti); Mirabbas Qədirli, 48 (qeyri-idman hərəkəti)
Qollar: Cavid İmamverdiyev, 11, 73; Nurlan Novruzov, 40, 63; Ramil Əhmədov, 42; Nail Təhməzli, 80
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə - yoxdur.

“Hypers Guba”

98. Elxan Qasımov
55. Qeyrət Əliyev
10. Cavid İmamverdiyev (k)
5. Ramil Əhmədov
(57. Nihat Sarıyev, 68)
19. Nurlan Novruzov
(17. Nail Təhməzli, 80)
14. İlqar Ələkbərov
25. Baxşəli Baxşəliyev
9. Ravil Yusifli
(49. Valeh Məmmədov, 83)
7. Elşən Veysov
8. Hüseyn Mənəfli
(6. Denis Edilov, 80)
99. Hakan Həsənov
(22. Rəvan Quluzadə, 68)
Ehtiyat oyunçular:
35. Fərman Bayramov
Baş məşqçi: Vüqar Nadirov

Lerik”

12. Hafiz Məmmədli
19. Feyruz Bağıyev
42. Valid Yusubzadə (k)
36. Heydər Babayev
(17. Fahil Dostiyev, 46)
25. Mirabbas Qədirli
(4. Mircavad Ağazadə, 89)
6. Sübhan Məmmədli
20. Elvin Cahangirli
7. Penci Ağazadə
(16. Museyib Beydiyev, 81)
24. Yusif Yusifzadə
(9. Vidadi Fərzullazadə, 46)
3. Mirvaleh Hüseynov
8. Zeynal Axundzadə
Ehtiyat oyunçular:
90. Vusal Nuriyev
Baş məşqçi: Vidadi Hüseynov

Xəbər Lenti